Məlum olduğu kimi,dövlət başçısı İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası ilə bağlı vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərilir, əmlaklarına dair çıxarışlar verilir, o cümlədən ilkin sənədlər toplanır.Ötən bu müddət ərzində Əmlak Məsələləri Dövlət Komitəsi Bakıda istismarına icazə verilən bina sakinlərinə səyyar xidmət göstərib. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində vətəndaşlara birbaşa olaraq yaşadıqları yerdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Qeyd edək ki, sözügedən Fərmanın icra mərhələsində vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər.
Aktualinfo.org-a Nərimanov rayonu Əliyar Əliyev 8 ünvanda “İdeal Yaşam”MMC -yə aid,”Akkord”şirkətlər qrupu tərəfindən inşa olunan və 10 ilə yaxındır ki,sakinlərin faktiki istifadəsində olan,908 mənzildən ibarət olan, 8 bloklu çoxmənzilli binanın bir qrup sakini adından müraciət daxil olub. Artıq bir neçə ildir ki,qarşılaşdıqları problemlərin ictimailəşdirilməsində yardımçı olmağımızı xahiş edən sakinlərin sözlərinə görə hazırda yaşadıqları bina 10 ilə yaxındır ki, inşa olunub və sakinlərə satılıb.Lakin MTK-ya etdikləri çoxsaylı müraciətlərə baxmayaraq binanın istismara qəbulu və qeydiyyata alınması üçün rəhbərlik heç bir addım atmayıb.
Toğrul Nəbiyev adlı şəxs arvadının əli ilə camaatı aldadıb qol çəkdirdi ki, ğüya həyətə qazon əkiləçək,yaşıllıq salınacaq.Lakin sonradan,2019-cu ilin dekabrında məlum oldu ki,imzaları saxtalaşdırmaqla Toğrul başına bir qurup adam yığıb oldu sədr. Amma əslində kommendant ləğv olunmalı,idarəçilik icma sisteminə keçməlidir.Bunlar isə binanı Naxçıvanda Vasıf Talıbovun idarəetmə sistemi kimi idarə edirlər.Binanın həyətində hər gün mübahisə düşür. Sakinlər pulunu ödədikləri mənzillərin kupçasını istəyirlər. Qeyd edirlər ki,hər ay kommunal xərclər üçün ödədiyimiz pulların hamısı rəhbərlik tərəfindən yeyilib.Binanın borcu olduğuna görə kupça verilmir.Yaşayış kompleksinin baş direktoru Hacı deyilən şəxs, sakinlərdən toplanan pulları ancaq şəxsi məqsədləri üçün istifadə edir.Bina az qala uçub tökülsün,ehtiyac olunan yerlərdə heç bir təmir işləri aparılmır.Sakinlərin bildirdiyinə görə Anar adlı şəxs hər ay 1 kvadratmetr üçün 35 qəpikdən pul yığır.Binanın idarə heyyəti bu pulların hara xərclənməsi barədə hesabat vermir. Bütün bunlar azmış kimi,Toğrul sakinləri təhqir etməkdən belə çəkinmir,”binanın yiyəsi mənəm,mən nə dedim elə də olmalıdır” – deyir.
Aktualinfo.org sakinlərin haqlı narazılaqlarını ictimailəşdirməklə bərabər,onların problemlərinin həll olunması üçün aidiyyatı dövlət qurumlarına da müraciət edəcək.
Aktualinfo.org