Koronavirus pandemiyasının vurduğu zərərlər avtomobil bazarlarındanda yan keçməyib. Ölkədə tətbiq edilən xüsusi karantin rejimi dövründə avtomobil bazarı da bağlı qalan sahələr sırasındadır.
Millitv.az xəbər verir ki, avtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov ölkədə hazırkı durumda maşınların qiyməti barədə fikirlərini Metbuat.az-la bölüşüb.
''Hazırda avtomobil bazarında durğunluq var. Pandemiya bu sektora böyük zərər vurmaqdadır. Hazırkı vəziyyətdə Azərbaycanın avtomobil bazarında kəskin ucuzlaşma hökm sürür. Maşın bazarının, avtosalonların fəaliyyət göstərməməsi və rayonlardan insanların gəlişinə icazə verilməməsi də qiymətlərin bu qədər ucuzlaşmasına gətirib çıxarıb. Zərəri qismən azaltmaq üçün, müəyyən rüsumlarda güzəştlərə ehtiyac var. Rüsumların azaldılmasına və güzəşt ilə hissə-hissə ödənilməsinə şərait yaratmaq lazımdır.''
Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan avtomobil bazarındakı son durumu şərh edib. Onun sözlərinə görə, idxalı ilə daha çox fərdi sahibkarların məşğul olduğunu nəzərə alsaq, pandemiya dövründə sərhədlər bağlandığı üçün idxalın azalması gözlənilən idi:
“Sərhədlər bağlandığı üçün fərdi sahibkarların avtomobil alıb ölkəyə gətirmək imkanları məhdudlaşdı. Nəzərə alsaq ki, sahibkarlar idxalı daha çox Avropa ölkələrindən həyata keçirirdilər, bu ölkələrin də sərhədləri bağlandığı üçün idxal baş tutmadı. Ancaq güman olunur ki, sərhədlərin yenidən açılması fonunda biz avtomobil bazarında aktivliyin bərpa olunmasını müşahidə edə bilərik”.
Avtomobil satışı ilə məşğul olan ekspertlərin sözlərinə görə hazırda ölkədə maşınların satışı ancaq sayt və avtomobil satış səhifələrində aparılır. Ancaq yenə də alıcı qıtlığı var və satışlar yox səviyyəsindədir. Əsasən, Almaniya və Cənubi Koreya istehsalı olan avtomobillərdə 10 faiz ucuzlaşma müşahidə edilir. Xüsusən, yay və payız aylarında qiymətlər daha da bahalaşacaqı proqnoz edilsə də sovet maşınlarının isə əvvəlkindən də baha olacağı gözlənilir