Axtarış...

Rayonlardan Bakıya giriş-çıxış qadağası LƏĞV OLUNUR? - RƏSMİ AÇIQLAMA



Bugündən ölkə ərazisində xüsusi karantin rejimi qaydaları bir qədər də yumuşaldılıb. Artıq bir çox obyektlərin, iş yerlərinin fəaliyyəti yenidən bərpa edilib.

Lakin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istiqamətlərində avtobusların işləməməsi səbəbindən bu yerlərdə çalışan və hazırda bölgələrdə qalan şəxslər paytaxta qayıda bilmirlər. Bəs növbəti yumuşaldılma tədbirləri çərçivəsində bu qadağalar aradan götürülə bilərmi?

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, bu qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına bağlıdır.
Rayonlardan Bakıya giriş-çıxış qadağası LƏĞV OLUNUR? - RƏSMİ AÇIQLAMA

" Hələ də ictimai nəqliyyat virusun yayılması ilə bağlı böyük təhlükə olaraq qalır. Nəqliyyatda izolyasiya tədbirləri həyata keçirilsə də avtobus qapalı məkandır. Ölkədə ki, pandemiyanın yayılma arealına uyğun olaraq, xəstəliyin hansı sürətlə inkişaf etməsindən asılı olaraq Operativ Qərargah tərəfindən veriləcək qərara əsasən biz müəyyən tədbirlər görəcəyik. Hələ ki, bu barədə bir söz deyə bilmərik. Yalnız Qərargah tərəfindən qərarın təsdiqindən sonra artıq şəhərlərarası nəqliyyat vasitələri sərnişinləri daşıyacaq qədər xəttə buraxılaraq gücləndirilmiş iş rejimində çalışacaq.''
Text-to-Speech

DİNLƏ






Şərh yaz