Axtarış...

Koronavirusdan zərərə düşən iş adamları üçün - Yeni Kredit İmkanı İşə Düşüb

Koronavirusdan zərərə düşən iş adamları üçün - Yeni Kredit İmkanı İşə Düşüb


Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) koronavirus (COVID-19) pandemiyası ilə üzləşən və bunun təsirini idarə etmək üçün yardıma ehtiyacı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yaratdığı "Böhran dövründə necə" adlı bilik platformasının yeni modulu istifadəyə verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən FED.az-a bildirilib ki, biznesin maliyyələşdirilməsinin yolları adlanan yeni modul maliyyənin hansı formasının biznesə uyğun olduğunu anlamaqda, maliyyə dəstəyi üçün necə müraciət edilməsi və həlledici maliyyələşdirmə qərarları ilə qarşılaşdıqda düzgün seçimin edilməsi sahəsində sahibkarları bilik və bacarıqlarla təmin edəcək.

Modulun əhatə etdiyi 3 əsas mövzu bunlardır:
· Maliyyə resurslarının seçimi və strukturlaşdırılması

· Maliyyə resurslarının təşkili

· Maliyyələşdirmə problemlərinin həlli.

Moduldan istifadə etmək üçün www.ebrdknowhowacademy.com saytında qeydiyyatdan keçmək lazımdır. Mobil cihaz vasitəsilə proqrama qoşulmaq üçün "App Store"dan "Go.Learn" tətbiqini yükləyərək www.ebrdknowhowacademy.com saytına daxil ola bilərsiniz.


Daha çox xəbər

Şərh yaz