Axtarış...

İrəvanda bomba həyəcanı: - 1800 nəfər təxliyə edildi

İrəvanda bomba həyəcanı: - 1800 nəfər təxliyə edildi



İrəvandakı “Megamall Armenia” ticarət mərkəzinə bomba qoyulması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan xilasediciləri araşdırma aparır.

Xilasedicilər, polis əməkdaşları və mühafizəçilər ticarət mərkəzindən 1800 nəfəri təxliyə edib.

Xatırladaq ki, bu, İrəvanda partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı ilk xəbər deyil. Bundan əvvəl iki ticarət mərkəzinə - “MegaMall Armenia” və “Dalma Garden Mall”a bomba olması barədə məlumat yayılmışdı.

Ötən gün isə İrəvandakı azərbaycanlılara məxsus Göy məscidə bomba yerləşdirildiyi deyilirdi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz