Axtarış...

Qarabağ və 7 rayon şərtsiz qaytarılmalıdır - Rusiya deputatı

Qarabağ və 7 rayon şərtsiz qaytarılmalıdır - Rusiya deputatı
Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır.

Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib.

D.Saveyley bildirib ki, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların çatdırılması üçün Azərbaycan diasporunun media sahəsində intensiv fəaliyyətini artırması vacibdir.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz