Axtarış...

Tbilisinin mərkəzində atışma olub, yaralılar var

Tbilisinin mərkəzində atışma olub, yaralılar var

Gürcüstan paytaxtı Tbilisi şəhərinin mərkəzində yerləşən “Meydan” restoranı yaxınlığında atışma olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ötən gecə baş verən insident zamanı 2 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin Gürcüstan Prezidentinin kürəkəninin dostu Tornike Kaçaravanın qardaşı olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. İnsidentin detalları barədə əlavə məlumat verilmir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz