Axtarış...

İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal - İDDİA



"Lerik Broyler" MMC-yə məxsus Lebro Quşçuluq Kompleksi Lerikin Piran kəndi ətrafında ekoloji cinayətlər törədir.
Millitv.az “Yeni Sabah” a isdinadən xəbər verir ki, bu barədə “Ecofront” səhifəsi məlumat yayıb. Məlumatda deyilir ki, müəssisə illərdir təsərrüfat və məişət tullantılarını meşə ərazilərinə atır, quşların qanını isə çaylara axıdır. Ölmüş və xəstə quşlar, yarasız yumurtalar meşə ərazilərinə atıldığı vaxtlar isə üfünət iyi ən pik həddə çatır. Yerli sakinlərin dediklərinə görə ev heyvanlarına xəstəlik yayılıb və onlarla iri buynuzlu və çox saylı digər ev heyvanları kütləvi tələf olub.

Piran kəndinin sakinləri dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Qida Təhlükəsizliyi agentliyinə şikayət etsələr də nəticə olmayıb. Simvolik cərimələrdən sonra müəssisənin bu cür fəaliyyətləri davam edib.

Məlumatda həmçinin qeyd edilir ki, 2017-ci ildə müəssisədə qaz sızması nəticəsində baş verən partlayışda bir nəfər ölmüş, iki nəfər yaralanmışdı.

Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən “Lerik Broyler” MMC 26 noyabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Lerik rayonu, Lerik şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38, mənzil 7-də yerləşir. Nizamnanə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Nərimanlı Orxan Çingiz oğludur. O, deputat İqbal Məmmədovun qardaşı oğludur. Bəzi iddialara görə, “Lerik Broyler” MMC də əslində İqbal Məmmədova məxsusdur.

İqbal Məmmədov bu ilin avqustunda sahibi olduğu “Relax” İstirahət Mərkəzində vergi əməkdaşlarının döyülməsilə gündəmə gəlmişdi. Vergi əməkdaşlarınsın döyülməsi prosesində iştirak edənlərdən biri də Orxan Nərimanlı idi. O zaman Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilirdi ki, Orxan Nərimanlı və hadisənin digər iştirakçıları baş vermiş hadisəyə görə Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz