Axtarış...

“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” — KİVDF işi ilə bağlı SON DURUM

“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” — KİVDF işi ilə bağlı SON DURUM


"Bir adam ki xəbər çıxan kimi rahatlıqla döşəyin altından, sandıqdan 100 min manat çıxarıb ödəyirsə, bu həmin pulun oğurluq pul olduğunu göstərir”

Sfera.az-a açıqlamasında bunu KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərliyə qaldırılan cinayət işinə münasibət bildirərkən "Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib:

"Məsələ ilə bağlı prosesi aparanlar hüquq mühafizə orqanlarıdır. Onlar isə dünyanın düz vaxtı bu və ya digər işlərlə bağlı açıqlama vermədikləri kimi indi də vermirlər. Soruşsaq yenə də deyəcəklər ki, istintaq, araşdırmalar davam edir, nəticələr bəlli olanda xəbər veriləcək. Ancaq yekunda bununla bağlı nəsə bir şey deyiləcək, yəqin ki.Məsələni gündəmdə saxlamaq isə medianın işidir. Jurnalistlər üçün tikilən mənzillərin neçəyə başa gəlməsinə gəldikdə isə, bu təmir ediləndə istifadə olunan materialların keyfiyyəti və qiymətindən asılıdır. Ona görə də həmin mənzillərin real qiyməti barədə dəqiq bir söz deyə bilmərəm.

Bir adam ki, xəbər çıxan kimi rahatlıqla döşəyin altından, sandıqdan 100 min manat çıxarıb ödəyirsə, bu həmin pulun oğurluq pul olduğunu göstərir. Bilirsiniz, kimsə oğurluq etməsə, özünə aid olan bir şeyi heç zaman heç kimə verməz.Halal qazanan malı heç kim heç kimə verməz. Deməli, bu şəxsin günahı var ki, tez də çıxarıb onun əvəzini ödəyir”.

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev isə hesab edir ki, korrupsiyanın miqyası ödənilən 100 min manatdan əslində on, yüz dəfələrlə çoxdur: "Təəssüf doğuran hal odur ki, bir çox hallarda korrupsiya faktları ictimailləşdirilsə, onlarla bağlı cinayət işi açılsa, müəyyən şəxslər saxlanılsa da, sonradan həmin insanlar müəyyən siyasi dəstək alaraq və yaxud ironik olsa da, rüşvət verərək, bu faktları bağladırlar. Məsələn, Bakı Lift Təmir İdarəsinin keçmiş rəhbəri barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılsa da, sonradan heç bir tədbir görülməyərək, bağlandı. Ona görə də Vüqar Səfərli ilə də bağlı cinayət işinin açılıb sonradan nəticəsinin olmadığı barədə deyilənlər də təəccüblü deyil”.

"Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev saytımıza açıqlamasında baş verənlərlə bağlı digər şəxslərin də məsuliyyətə cəlb olunması vacibliyini vurğulayıb: "Əslində 100 min manatın ödənilməsi boş məsələdir. Burada əslində söhbət daha ciddi problemlərdən gedir. Bu barədə mənzil almağa iddialı olan jurnalistlər çox yazıb. Ona görə də, cinayət işi açmaq üçün kifayət qədər material var. Hesab edirəm ki, prosesdə günahı olanlar məsuliyyətə cəlb olunmalıdır.Amma belə başa düşürəm ki, hakimiyyət bunu etməyəcək. Sadəcə olaraq, pul alıb bununla da işi bitirəcəklər”.

"Bu barədə artıq bir söz demək fikrində deyiləm”.

Bu fikri isə Milli Məclisin deputatı Fəzail Ağamalı söyləyib: ”Artıq həmin məsələ ilə bağlı hüquq mühafizə orqanları məşğul olsun. Vaxtilə hələ köhnə rəhbər vəzifədə olanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda mövcud olan ciddi nöqsanları üzə çıxartdım. Onu müzakirə edənlər də vəzifədə idilər. Araşdırıb, mətbuata göstərdim. Bununla söhbətim bitdi”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz