Aydın Quliyev: “Özümün kərpic-kərpic tikdiyim yenilməz “Bakı-xəbər” “qalasının ” başındayam…”
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Bəzi elektron KİV-lərdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunda (KİVDF) aparılan kadr islahatı ilə bağlı məlumatlar yer alıb. Adı siyahıda qeyd olunduğu üçün, “Bakı-Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev öz sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirib. Azinforum.az Baş redaktorun mövqeyini olduğu kimi təqdim edir:
“Hər kəsin öz başa düşdüyünü dövriyyəyə buraxmaması üçün həqiqəti bilmək lazımdır. Bir neçə ay əvvəl mənə edilən təklifi qəbul edərək KİVDF-də ştatdankənar ekspert təyin edildim.Neçə illərlik təcrübəmə söykənərək bu ötən müddətdə işə çiyin verdim… Dövlət işində az-çox təcrübəsi olan biri kimi yeni təyin olunan rəhbərlərin işləmək üçün öz kadrlarının ola biləcəyini bildiyimdən KİVDF-nin yeni icraçı direktoru Əhməd İsmayılova apardığım ştatdankənar işdən azad olunmağım barədə ərizə təqdim etdim. Ərizəm qəbul olundu …. Hazırda hər zamankı kimi özümün kərpic-kərpic tikdiyim yenilməz “Bakı-xəbər” “qalasının ” başındayam və dövlətçilik prinsipi üzərində dəyişməz işimi davam etdirirəm…”