İyulun 20-də Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan E.Zeynalov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə oraya gəlmiş Sumqayıt şəhər sakinləri - bibisi oğlu C.Məmmədova və onun dostu N.İsmayılova xəsarət yetirib.
millitv.az Milli.Az-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Zeynalov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olan "İJ-27E" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.