Axtarış...

Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ



“Xüsusi rejimli xəstəxanalarda 5000-dən çox çarpayı var. Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, bu gün 2500 aktiv koronaviruslu xəstə var:

“Amma xəstələrin böyük əksəriyyəti Bakıda və narıncı əraziyə düşən yerlərdəki xəstəxanalarda yerləşir. Bununla əlaqədar lokalizasiyaya düşən tibb müəssisələrinin üzərinə düşən yük artır”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz