Axtarış...

TƏBİB sədrindən sərt karantin rejiminin tətbiq olunacağı yerlərlə bağlı AÇIQLAMA



“Az da olsa, çörək satışı yerlərində müəyyən xoşagəlməz hadisələr gördük. Sonrakı dövrdə tullantı qablarına çörəklərin atılmasının şahidi olduq. Ola bilsin ki, ilk dövrlərdə vətəndaşlarımız arasında təşviş yarandı. Sonrakı dövrlərdə, inanırıq ki, belə hallar müşahidə edilməz”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ötən həftəsonu vətəndaşlarımız məhdudiyyətlərə ciddi əməl etdi:

“Vətəndaşlarımız bizimlə həmrəylik nümayiş etdirdilər və sonrakı dövrdə, çox güman ki, biz bunun nəticəsini görərik”.

Sədr əlavə edib ki, keçən həftədən fərqli olaraq, karantin rejiminin tətbiq olunacağı bölgələrin sayı artırılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz