Məlum olduğu kimi, ölkəmizdə koronavirus pandemiyası yayılan zaman prezident İlham Əliyev “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, tibbi işçilərinə, tibb müssəsilərində çalışan qeyri-tibb işçilərinə əlavə iş vaxtına mütənasib olaraq aylıq vəzifə maaşının 3, 5 misli ödənilir.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21634 tibb işçisinə, 2386 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütanasib olaraq 11.7, aprel ayı üzrə isə 10354 tibb işçisinə, 2734 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 13.9, may ayı üzrə 8376 nəfər tibb işçisinə, 2476 nəfər qeyri-tibb işçisinə may ayı üzrə iş vaxtına mütənasib olaraq 13.7 milyon manat müddətli əlavə ödənilib.
Buna baxmayaraq, bəzi tibbi işçiləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində fasiləsiz çalışsalar da, iş vaxtına mütənasib olaraq aylıq maaşlarını ala bilməmələrindən narazılıq edirlər. Elə 2003-cü ildən bu günə qədər Göygöl rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin təsərrüfat tibb bacısı işləyən Məmmədova Leyla Ramiz qızının “Hürriyyət”ə şikayəti də bu barədədir.
“Kimlərin ki, adamları var idi, tapşırılmışdı, onlara 3, 5 misli maaş yazıldı”
L.Məmmədova bildirib ki, xəstəxanada problem pondemiya yayılandan sonra başlayıb: “Mart ayından bu günə qədər pandemiya ilə əlaqədar fasiləsiz, bazar, bayram günləri işlədik. Tibb bacıları, həkimlər hamı öz işinin öhdəsindən gəldi. Sonradan bəzi insanlara, yəni kimlərin ki, adamları var idi, tapşırılmışdı, onlara 3, 5 misli maaş yazıldı. Onunla əlaqədar işçilərlə müdiriyyət arasında narazılıq oldu. Kimlər ki, maaşının 3, 5 mislini almamamışdı, biz 14 nəfər ərizə yazdıq, qol çəkdik, hələ ardı da gəlirdi. Sadəcə, bizim baş həkim-Əliyev Vasif bir nəfər diş həkimi Əliyev Əliköməyi səhv etmirəmsə koronavirusa görə xəstəxanada sədr seçib. O, biz ərizə yazdığımıza görə, qadınlara gəldi ağzına gələn dedi, həkimə, kişiyə yaraşmayan sözlərlə hamını təhqir etdi. Dedi ki, “hamınızı yazıb prokurorluğa yazıb vermişəm, orada cavab verərsiniz, kimsə Vasif həkimdən şikayət etsə, qarşısında məni görsün”. Əlikömək həkim əlində telefon xəstəxanada gəzir, işçilərdən kim nə danışır, onların səslərini yazır, aparıb Vasif həkimə və bizim şöbə müdirimiz Qələndərova Vüsalə həkimə verir ki, belədir. Əgər həqiqətən 3-5 misli maaş verilirsə, hamıya yazılsın, verilmirsə, niyə seçilib işçilərə verilir? Əlikömək həkim “ Vasif həkimdən şikayət etsə, qarşısında məni görsün” deməklə, qadınları şantaj edir. Dünən qızlarımızdan 1-2 nəfər tibb bacısı dedi ki, “verilmir, eybi yoxdur”, ərizəni götürdülər cırdılar ki, “biz məhkəməyə çağırılsaq, ya yoldaşımız bizi boşayar, ya da ailədə narazılıq olar”. Biz cənab prezidentə müraciət etmək istəyirdik ki, bu məmur özbaşnalığına, haqsızlığa son qoyulsun. Bizim əməyimizin müqabilində maaşımız yazılsın. Quldarlıq dövründə yaşamırıq ki. Dayanmadan səhər saat 8-dən 4-ə qədər hamı işləyib. Bizim iş saatımız 6 saatdır. İş saatından əlavə xadimələr 2 saat artıq işləyir. O da yazılmır. Bir də ki, bizim şöbə müdirimiz Qələndərova Vüsalə bir stat yarım maaş alır. O, saat 9-da gəlir, 4-də gedir. Amma saat 8-də gələn işçilərimiz də 4-də gedir. Buna görə, kollektiv arasında narazılıq var ki, iş saatını işləyiriksə, maaşımızı alaq”.
“Bu qədər haqsızlıq olmaz, buna son qoyulsun”
L.Məmmədova deyib ki, poliklinika şöbəsində 25 nəfər xadimə var: “Onların siyahısını da göndərirəm. Birincisi, poliklinkaya 25 nəfər xadimə nəyə gərəkdir? Üstəgəl də bunların iş rejimi nədən ibarətdir, nə iş görürlər? Bu xadimələrin biri də keçmiş icra başçısı Arif Seyidovun qudası Fikrət İsmayılovun qardaşı qızı- İsmayılova Xəyalə Çapay qızıdır. Nə cür olur ki, o, həm Göygol rayonunda litseydə katibə, həm də bizdə xadimə işləyir? Əslində, xadimə kimi adı gedir. Dünənə kimi qeydiyyatda oturub anket paylayırdı. Yəni iş saatını nəzərə alsınlar. Necə ola bilər eyni saatda iki yerdə işləyir? İndi də kompyuterə keçiriblər, koronavirusla əlaqədar orada işləyir. İkinci-Əlikömək həkimin yoldaşı Cəlilova Dilarə ümumi xəstəxanının xadiməsidir. Hazırda qeydiyyat otağında oturur, üstəgəl də başqa bir xadiməmizə-Fətullayeva Zərnişana pulla otağını təmizlədir. Ehtiyacı yoxdursa, evində otursun. Ehityacı olan o qədər analar var ki, uşağını məktəbə yola sala bilmir. Nə qədər işsiz insan iş üçün yalvarır. Sadəcə, baş həkim deyir ki, yerimiz yoxdur. Üçüncü xadiməmiz də İsayeva Dilbər kecmiş məhkəmə sədri Həsənova Elmira xanımın gəlinidir, diş həkimi Kazımova Billurun yanındaca oturub eyni maaşı alırlar. Yəni narazılığımız ondan ibarətdir ki, xəstəxanada o qədər özbaşına işlər var-birinə 2 otaq veriblər, təmizlətdirir, birinə bir otaq veriblər, xanım kimi oturub pulla təmizlətdirir, o biri xadiməyə də 5-7 otaq verib təmizlətdirirlər. Xadimələrin siyahısına baxın, İsmayilova Xəyalə, Zeynalova Qənahət, Rzayeva Ruhiyyə, İsmayilova Pərvanə, Cəlilova Dilarə, Məmmədova Sudabə, Alıyeva Sevil, Əliyeva Rubabə, Mustafayeva Mənzərə, Huseynova Elmira, Fətullayeva Zərnişan, Məmmədova Nailə, Səfərova Qaratel, Qurbanova Guləndam, Humbətova Mahirə, İsayeva Dilbər, Məhərrəmova Məlahət, Əliyeva Zulfiyyə, Cəfərova Hürü, Abbasova Billurə, Atayeva Türkan, Yusibova Svetlana, Cəfərova Ulviyyə, Haciyeva Əminət, Mürsəlova Nuriyyə. Hüseynova Elmira 1 diş otağını təmizləmək üçün qeydə alınıb, hazırda 5 otaq təmizləyir. Məmmədova Südabə 1 diş otağını təmizləmək üçün qeydə alınıb, inzibati binanı təmizləyir. Bu qədər haqsızlıq olmaz, buna son qoyulsun, xahiş edirəm araşdırılısın. Atayeva Türkan Göygöl Təhsil şöbəsinin müdiri Atayev Elbrus muəllimin qardaşı qızıdır. Abbasova Billurə ve Mursəlova Nuriyyənin qardaşı Bəylər Eyyubovun ata evində Göygöl rayonun Mirzikdəki evində işləyir və tapşırılıblar”.
“TƏBİB doğrudan işini görə bilmədi”
“Prezidentimizi sağ olsun, TƏBİB işini yerinə yetirə bilmədiyinə görə, poliklinika şöbəsini Səhiyyə Nazirliyinə verdi. Mən təsərrüfat tibb bacısı olduğuma görə, 25 nəfər işçiyə söz deyib iş gördürə bilmirəm. Deyəndə deyirlər ki, “niyə o biri bir otaqda oturub pulla iş gördürür, mən də 7 otağı onun əvəzinə işləməliyəm?” Xahiş edirəm, mənim adımdan Səhiyyə Nazirliyinə, TƏBİB-ə müraciət olunsun, araşdırma aparsınlar, bu haqsızıqlara son qoyulsun. TƏBİB doğrudan işini görə bilmədi. Ona görə də səlahiyyəti əlindən alındı. Mənim kabinetimlə koronavirus otağı üzbəüzdür. Dəfələrlə müraciət etmişəm, TƏBİB-ə zəng etmişəm ki, araşdırma aparsınlar. Sarğı otağı, şəkər xəstələri, bir də KOVİD otağı yanbayandır. Mən şöbə müdirimizdən, baş həkimdən xahiş etdim ki, KOVİD xəstələrinin analizi infeksion şöbəsində götürülsün. Oradan yaxma Gəncəyə, Şəmkirə gedir. Oradan cavab gəlincə, o xəstədə şübhə varsa, infeksion şöbədə yatızdırın. Cavab gələndən sonra aidiyyatı xəstəxanaya yönəldin, sağlamadırsa, evinə yola salın getsin”,-deyə şikayətçi əlavə edib.
“Bilmək istəyirəm ki, həqiqətən poliklinkanı təsərrüfat tibb bacısı açmalıdır?”
L.Məmmədovanın sözlərinə görə, təsərrüfat tibb bacısı, həm də mühafizəçi kimi 17 il ərzində poliklinikanı səhər saat 8-də açıb, axşam da 8-də gəlib bağlayıb (əvvəllər axşam saat 8-ə kimi işləyirdi): “Amma bu işi gördüyümə görə, mənə maaş yazılmayıb. Mühasibatlıqdan soruşanda deyirlər ki, “işin odur, etməlisən”. Maaş da kimlərə yazılıb, onu bilmirəm. Mən bilmək istəyirəm ki, həqiqətən poliklinikanı təsərrüfat tibb bacısı açmalıdır? Xahiş edirəm kimsə mühafizəçi kimi qeydə alınıbsa, araşdırsınlar”.
“Bizim xəstəxanda haqsızlıqlar çoxdur”
L.Məmmədova nəzər çatdırıb ki, terapevt Həsənova Sevda həm xəstəxanda, həm də poliklinika şöbəsində işləyir: “Xəstəxanada yerlər dolub. Xəstəxanda olan həkimlərimiz xəstələri artıq poliklinikada qəbul edirlər. O Sevda həkimə haqsızlıq edirlər. Ona maaşından əlavə bir manat qonarar yazılmayıb. Mart ayından bu günə qədər fasiləsiz çalışır. Sevda həkim dəfələrlə müraciət edib, deyiblər “o qonarar sizə düşmür”. Niyə evində oturub müftədən pul alanlara, kimisə qabağında işlədənlərə qonarar düşür, Sevda həkim qızdırmalı xəstələrə baxıb, ona düşmür? Yəni bizim xəstəxanda haqsızlıqlar çoxdur. Elə həkimlərimizə də, tibb bacılarına da, qeyri-tibb işçilərinə də haqsızlıq edilir. Mən müraciət etdim, dedi “sən təsərrüfat başçısısan sənə düşmür”. Amma dünənki hay-küydən, ərizəni biləndən sonra dedilər ki, iyul ayı üçün sənə qonarar yazılacaq. Mən də baş həkimə, şöbə müdirinə sual verdim ki, əgər düşürdüsə, indiyə kimi niyə vermirdiniz? Düşümürsə də, niyə ərizədən sonra verirsiniz?”.
“Koronavirus varsa da, xəstəxanada nə qədər sıxlıq var, ona niyə riayət olunmur?”
Şikayətçi onu da vurğulayıb ki, rəhmətə gedənlərin əksəriyəti şəkər xəstələridir: “Kovid-19 diaqnozu ilə rəhmət gedənlərin əksəriyyəti yanaşı xəstəlikləri olanlardır. Əgər həqiqətən koronavirus varsa da, xəstəxanada nə qədər sıxlıq var, ona niyə riayət olunmur? Nə işçilərə, nə də xəstələrə maska, əlcək verilmir”.