Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) alimləri süni intellektə əsaslanaraq dünyada və ayrı-ayrı ölkələrdə koronavirusun yox olacağı tarixi açıqlayıblar.
"Sputnik Azərbaycan" xəbər verir ki, məlumata görə, koronavirus dünyada mayın 30-da 97%, iyunun 17-də 99%, dekabrın 8-də isə 100% yox olacaq.
Azərbaycana gəlincə, alimlərin fikrincə koronavirus mayın 6-dək 97 faiz, mayın 17-si 99 faiz, iyun ayının 14-ü isə tamamilə yox olacaq.
Qonşu ölkələrdə isə vəziyyət belədir:
Rusiyada koronavirus mayın 20-də 97%, mayın 28-də 99 %, iyulun 20-də 100%
Türkiyədə mayın 17-də 97%, mayın 29-da 99%, avqustun 12-də isə 100%
İranda mayın 20-də 97%, iyunun 9-da 99%, oktyabrın 22-də 100%
Gürcüstanda mayın 13-də 97%, mayın 23-də 99%, iyunun 6-da isə 100%
Ermənistanda iyunun 11-də 97%, iyunun 29-da 99%, avqustun 20-də isə 100% yox olacaq.