Axtarış...

Ramin Quluzadədən şübhəli xərcləmələr - İTTİHAM

Ramin Quluzadədən şübhəli xərcləmələr - İTTİHAM

“Hərdən mənə elə gəlir ki, təhlükəsizliyə, informasiya və innovasiyalar sahəsində milli maraqlarımıza nəzarət edən bəzi dövlət qurumlarımızın deyəsən ölkədə baş verənlərdən ümumiyyətlə xəbəri yoxdur”.
Bizimxeber.az xəbər verir ki, bunu texnologiya üzrə mütəxəsis Osman Gündüz deyib. O, bildirib ki, son dövrlərdə ölkədə ciddi islahatlar aparılır. Prezident tərəfindən ölkədə dayanıqlı informasiya infrastrukturunun qurulması və innovasiyaların inkişafı ilə bağlı ciddi mesajlar verilib və rəsmi sənədlər qəbul edilib.

Lakin məlum olur ki, son 1 il ərzində Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yalnız bir qurumu – AzTelekom 1.5 milyon manat dəyərində HUAWEI avadanlığı alıb. Məqsəd isə qəribə görünsə də regionlarda ADSL texnologiya ilə interneti inkişaf etdirməkdir.

“Bununla təxminən 60 000 ADSL müştəriyə mis məftil üzərindən internet xidməti göstərilməsi nəzərdə tutulub. Digər özəl provayderlərdən “oğurlanan” müştərilər bu saya daxil deyil.

Son dövrlərdə baş verən “müştəri oğurluğu” və küçələrdə ONU ATS-lərinin quraşdırılması proseslərindən belə anlamaq olar ki artıq regional internet infrastrukturumuz HUAWEI üzərində “oturdulur”. Proses də davam edir.

ADSL artıq bütün dünyada istehsalatdan və istismardan çıxarılıb. HUAWEI ilə bağlı məsələ də məlumdur.

Belə olan halda mən Prezident Administrasiyasının innovasiyalar qurumuna, XDMX –ya və hökumətə müraciət edirəm: NRYTN-in, AzTelekom dövlət qurumunun atdığı addımlar informasiya və innovasiyaların inkişafı sahəsində milli maraqlarımıza uyğundurmu? Bütün bunlar son dövrlərdə Prezident tərəfindən imzalanan strateji sənədlərlə nə dərəcədə uzlaşır?”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz