Axtarış...

Bərdə Telekomunikasiya İdarəsindən ŞİKAYƏT - İnternet xətti niyə YOXDUR?



Bərdə Telekomunikasiya İdarəsinin rəisi Rəfael Qədimov şəhid anası üçün internet xətti çəkməkdən imtina edir.

Bərdə rayonunun Mustafaağalı kənd sakini, şəhid anası Əsli Muradova yaşayan evə internet çəkilişi aparılması üçün yerli ATS-ə müraciət edilib. Ona bildirilib ki, yer olmadığına görə çəkiliş aparmaq mümkün deyil. Nə vaxtsa imkan yaranacağı təqdirdə o bu xidmətdən yararlana bilər.

Bu şifahi danışığın nəticəsizliyindən sonra şəhid anası Bərdə Telekomunikasiya İdarəsinin rəisi Rəfael Qədimovun özünə məktubla ərizə yollayıb. 16 mart 2020-ci ildə yazılmış ərizəyə verilən cavab isə yerli ATS-də deyilmişin tam təsdiqi olub. Rəfael Qədimov imzalı məktubu ilə bildirib ki, gözləməkdə ol, haçansa sənə də internet çəkilər.

Bu cavabdan sonra belə qənaətə gəlmək olar ki, Bərdə Telekomunikasiya İdarəsinin rəisi Rəfael Qədimov dövlətin və cəmiyyətin şəhid ailələrinə bəslədiyi ali münasibətdən olduqca uzaqdır. Və şəhid anasına interneti bir rayonun telekomunikasiya idarəsinin rəisi Rəfael Qədimov yox, məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Ramin Quluzadə çəkməlidir. Bu səbəbdən də şəhid anası cənab Ramin Quluzadəyə müraciət etmək məcburiyyətində qalıb. Özü də nədən ötrü kənddə bir evə internet xəttinin çəkilişi üçün.

Xülasə, bir internet xəttinin çətinliklə, şəhid anasının ünvanına qoşulması mümkünsüz olduğu halda bu məmurların gördüyü işin faydalılıq əmsalını elə bu indiqatorla ölçmək olar. Hansı ki, ATS-lərdə ehtiyyatlar olmalı imtiyazlı kateqoriyadan olanlar, vətən üçün xüsusi xidmətləri olan bu ailələrin müraciəti dərhal təmin edilməlidir.

***

Məsələ operativ həllini tapmasa, şəhid ailəsi Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentə şikayət məktubu ünvanlayacaq.

Miq.Az
Text-to-Speech

DİNLƏ






Şərh yaz