Axtarış...

"Narkotik asılılığından müalicə olunmaq üçün pulum yoxdur" — Məşhur meyxanaçı SİRLƏRİNİ AÇDI

"Narkotik asılılığından müalicə olunmaq üçün pulum yoxdur" — Məşhur meyxanaçı SİRLƏRİNİ AÇDI


Meyxanaçı Mahir Cürət səhhəti barədə danışıb.
Söz ustadı Ölkə.Azın əməkdaşı ilə söhbətində bildirib ki, maddi durumu yaxşı olmadığından müalicə oluna bilmir.
''Səhhətim yaxşı deyil, lakin maddi imkanım yaxşı olmadığından müalicə oluna bilmirəm. Yanvar-fevral ayında toy bazarı zəif olduğu üçün məclislərə də gedə bilmirəm. Sonunu dəfə iki ay bundan əvvəl toyda olmuşam. Üstəlik, oğlum da əsgərlikdə olduğu üçün maddi vəziyyətim heç ürəkaçan deyil.

Mahir Cürət narkotik asılılığından əziyyət çəkməsi barədə də söz açıb: ''Narkotik müalicəm hələ də davam edir. Üstəlik yarıçşıq qalıb. Aydın Xırdalanlının vəfatından sonra telekanallar dəvət etdi ki, ''verilişə çıx səni narkodispanserə göndərək''. Mən Aydın kimi də çox aludəçi olmamışam. Bacardığım qədər narkotikdən uzaq durmağa çalışmışam. Lakin hələ də əziyyətini çəkirəm. Çünki narkotikin əziyyəti ömürlükdür. Uzaq qalmağa çalışsam da hərdən dərman içib özümü idarə edirəm''.

Qeyd edək ki, Mahir Cürət uzun müddətdir ki, astma-bronxit xəstəliyindən və narkotik asılılığından əziyyət çəkir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz