Gürcüstanın dörd böyük şəhərinə – Tbilisi, Rustavi, Batumi və Kutaisi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 10 gün müddətinə giriş-çıxış bağlanıb.
Bu gün saat 21:00-dan etibarən şəhərlərə giriş-çıxış tam qadağan olunub.
Şəhərlərdə istənilən növ nəqliyyat növünün hərəkəti məhdudlaşdırılıb. Qadağalar ölkədaxili və beynəlxalq yük daşımalarına şamil olunmur.Report