Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Bakı Media Mərkəzi ilə birgə sosial film layihələrinin çəkilişini nəzərdə tutan müqavilə təsdiq olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi dövründə görülən tədbirlərə həsr olunmuş bir neçə sosial sənədli filmin istehsalı planlaşdırılır.