Axtarış...

Narazı sakinlər Məhərrəm Novruzovu ifşa etdi - QALMAQAL



Bir neçə gün öncə “Bağçalı Evlər” MTK-nın sahibi Məhərrəm Novruzovun əməlləri və şirkətin tikdiyi “Qurtuluş-93” yaşayış kompleksində baş verənlərlə bağlı yazı dərc etmişdik. “Hacı Məhərrəmin “Qurtuluş”unda səbr kasası daşır: vətəndaş intihar həddinə çatdı” başlıqlı yazı ilə bağlı M.Novruzov və şirkətin rəhbərliyi normal rəsmi mövqe açıqlamaqdansa redaksiyanı və yazı müəllifini təhdid etmək yolunu tutdular. Bildirək ki, daxil olan şikayətdə yaşayış kompleksində məzillərin qazlaşdırılmaması və evin pulunu tam ödəməsinə baxmayaraq yüzlərlə sakinin hələ də tam əmlak sahibliyi hüququnun olmaması, onların çıxarışla təmin olunmamasından bəhs edilirdi. Maraqlıdır ki, “Qurtuluş-93″dən şikayətlərin əsassız olduğu deyilib. Polemika.az-a verilən açıqlamada bildirilib ki, hazırda ərazidə qaz çəkilişləri gedir. “Harda görülüb ki, qaz çəkilmədən kupça verilsin? Camaat sadəcə bir az səbrsizdir. 3 aya qazlaşdırılma tam başa çatacaq, bundan sonra sakinlərə kupça veriləcək”.
“Qurtuluş-93″dən olan sakinlər isə ünvanladıqları yeni şikayətdə durumları haqda ətraflı bəhs ediblər: “neçə illərdir QURTULUŞ 93 yaşayış kompleksində yaşamağımıza baxmayaraq burada sakinlər sanki feodal dövründə olduğu kimi mavi qaz üzünə həsrət qalıblar. Gündəlik tələbatlarımızı ödəmək üçün istifadəsi nə qədər təhlükəli olsa da balon qazlarından istifadə edirik. Hər ay ışıq puluna verdiyimiz məbləğlər, müxtəlif kommunal xərclərə və avtobusun həddən artıq gec gəlməsi səbəbindən məcburiyyət qarşısında işə gecikməmək üçün taksilərə verdiyimiz pullarla şəhərin istənilən yerində kirayə qala bilərik. Biz özümüz öz evimizdə kirayə yaşamağa məhkum edilmişik. Bu günkü dövrdə hətta ucqar kəndlərə qaz çəkildiyi halda bizim düşdüyümüz durum biabırçılıqdır. Evlərdə istifadə edilən qaz balonlarının həddən artıq təhlükəli olduğunu bütün ailələrimizin təhlükədə olduğunu bilə-bilə əksəriyyət sakinlər bu balonlardan istifadə edir. Bu səbədən qaz balonlarının sızması və partlaması səbəbindən bir-neçə mənzil yanıb kül olub. QURTULUŞ 93 yaşayış kompleksinin ətrafında olan digər şirkətlər isə tikdirdikləri binaları qazla təmin ediblər, hətta hər bir sakinin evinə kupça-çıxarış veriblər. Lakin biz dəfələrlə rəhbərliyə müraciət etməyimizə baxmayaraq hər dəfə bu il ”“gələn il deməklə bizi yalançı vədlərlə aldadırlar. Hər dəfə bizə ev satan şəxslər səbəb onu gətirirlər ki, binalara qaz çəkmək üçün əlaqədar təşkilatlar guya onlardan külli miqdarda pul istəyir. Biz həmin əlaqədar təşkilatlardan (şəxslərdən) xahiş edirik bizə qaz çəkilməyinə köməklik edin. İş olanda birdən olur. Kustar üsulla düzlədilmiş heç bir təhlükəsizlik standartlarına cavab verməyən qaz balonlarından istifadə etməklə gələcəyimiz olan övladlarımızı və ailəmizi böyük təhlükə qarşısında qoymuş oluruq. Tikilən binaların dövlət komisiyasına təhvil verilməməsi aldığımız evlərin gələcəkdə kupça-çıxarış məsələsinin necə olacağına böyük sual yaradır. Heç kim fikirləşmir ki, bu qədər bina tikib satmışıq, fantastik pullar qazanmışıq, ancaq bunun qaz çəkilişini, nəqliyyat məsələsini və gələcəkdə hər bir mənzilin kupça-çıxarış məsələsini necə həll edəcəyik…
Hörmətli redaksiya, problemlər bitməklə qurtarmır. Belə ki, “Qurtuluş 93 yaşayış kompleksi”ndə camaatın istirahəti üçün nəzərdə tutulan parkın ərazisində restoran, çayxana, “moyka” və s. müxtəlif mağazalar tikməklə camaatın istirahətinə qənim kəsiliblər. Açıq havada fəaliyyət göstərən restoran və çayxanalarda müxtəlif səviyyəli insanlar küçə söyüşlərindən istifadə etməklə ətrafda böyük səs-küy yaradırlar. Utandığımızdan arvad – uşağın parka çıxmasına icazə vermirik. Haqq ədalət naminə qeyd etməliyik ki, Abşeron rayonuna təzə təyin edilən icra başçısı parkın ərazisində tikilən 2-3 dükanı sökdürməklə təqdirə layiq addım atdı, camaatda böyük ümid yarandı ki, parkın qanunsuz zəbt olunmuş ərazisi tamamilə təmizlənəcək, lakin sonradan bu işin davamı gəlmədi. Qarşıdan isti yay günləri gəlir, parkın ətrafında fəaliyyət göstərən kafe və restoranlardakı səs-küy, bişirilən kababın tüstüsü bilavasitə evimizin içərisinə dolmaqla evimizdə normal istirahətimizin pozulmasına gətirib çıxaracaq”.
Masazır qəsəbəsindəki “Qurtuluş-93” yaşayış kompleksinin sakinlərini həmçinin ərazidəki sahibsiz itlər təngə gətirib. Vətəndaşlar sahibsiz itlərin ərazidə yaşayan insanlara göz açmağa imkan vermədiyini deyir: “Səhər binadan çıxanda sakinləri ilk qarşılayan it sürüsü olur. Binaların, əsasən, azyaşlı sakinləri tez-tez itlərin hücumuna məruz qalır.
Dəfələrlə kompleksin komendantına bildirilsə də, sahibsiz itlər ortalıqdan yığışdırılmır. Biri ölməsə, biri dirilməz. Gərək bu itlər bir-iki uşağı qapsın, ölüm-itim baş versin, ondan sonra əl-ayağa düşsünlər”. Sakinlər sahibsiz itlərin artmasını ərazidə zibilliklərin çoxalmasıyla əlaqələndirirlər. İtlər daha çox zibillik ətrafına toplaşır. Zibilliklərin yaxınlığından ötüb keçmək təhlükəli olub.
Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edib. Həmin məlumatlara istinadən bildiririk ki, Qeyd edək ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir.

Polemika.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz