“Formula-1” üzrə Çin Qran-Prisi bu il keçirilməyəcək.
Oxu.Az xəbər verir ki, aprelin 19-da keçiriləcək yarış Şanxay İdman Federasiyasının rəsmi qərarı ilə ləğv edilib.
Buna səbəb Çində yayılan koronavirusdur. Bu məsələ ilə bağlı hələlik Beynəlxalq Avtomobil Federasiyası və “Formula-1” rəhbərliyi rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, daha əvvəl “Formula E” üzrə Çin Qran-Prisi ləğv olunmuşdu.