Axtarış...

"Evdə oturub, divana bağlı qalırsan" - Rıbka



“Bu vəziyyətdə UEFA-nın qərarını gözləmək üçün 4-5 günlük istirahətə buraxılmışıq. Bundan sonra bir qərar veriləcək. Hazırda vəziyyət aydın deyil, gözləmə rejimindəyik. Məşqlərimiz dayanıb, hamımız evdəyik".

Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, Azərbaycanda koronavirusla bağlı vəziyyətin Ukrayndakı kimi olduğunu bildirib: "Bizə evdən çox çıxmamağı məsləhət görüblər. Vəziyyət demək olar ki, Ukrayna ilə eynidir. Bağlanacağı deyilsə də, hava limanları işləyir. Mağazalar, yanacaq doldurma məntəqələri və apteklər həmişəki rejimdə işləyir, ancaq kafe və restoranlar bağlanır.

Evdə oturmalısan, divana bağlı qalırsan. Düzdür, hamıda eyni vəziyyətdir, ümid edək ki, tez sona çatsın. Mən ailəmlə birlikdə evdə olmaq istəyirəm. Ancaq bunu necə edəcəyimi bilmirəm”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz