“Asif Ağayev İslam Allahverdiyevin pulunu kəsdiyi üçün idarə müdiridə başçıdan qisas alır”.
RealMedia.az xəbər verir ki, “Beyləqan Xəbərləri” səhfəsində son aylar ərzində Beyləqandan Prezident adminstrasiyasına olunan şikayətlərin çoxluq təşkil edildiyi qeyd olunur. Bununla yanaşı Maliyyə İdarəsinin müdiri İslam Allahverdiyevin icra başçısından “yuxarılara” donos ötürməsi də əks olunur.
Bu barədə Beyləqan Xəbərləri səhifəsinə daxil olan məlumatda bildirilir: “Şəhər mərkəzində aparılan abadlıq quruculuq işlərində çoxsaylı yeyintilərə yol verilib. Belə ki, icra hakimiyyətinin tenderlərini həyata keçirən “Vaqif” firmasının gördüyü işlərdə böyük maliyyə yeyintiləri mövcuddur. Bildirək ki, Prezident İlham Əliyev 2019 – cu ilinn əvvəlində Beyləqana etdiyi səfər çərçivəsində rayonun abadlaşdırılması üçün 1 milyon manat vəsait ayırmışdı. Hazırda həmin abadlaşdırmanın tenderini “Vaqif Firması ” həyata keçirir. “Beyləqan Xəbərləri” səhifəsi xəbər verir ki, son aylar Prezident Adminstrasiyasına rayondakı abadlıq quruculuq işləri ilə bağlı göndərilən çoxsaylı şikayət məktublarının arxasında rayon Maliyyə İdarəsinin müdiri İslam Allahverdiyev dayanır. Maliyyə İdarəsi müdirinin icra başçısının abadlıq maxinasiyası ilə bağlı “yuxarılara” donos göndərməsinin əsas səbəblərindən biri isə İslam Allahverdiyevin bu işlərdən kənarlaşdırılmasıdı. Məlumata görə icra başçısı İslam Allahverdiyevi neytralaşdıraraq rayondakı bütün maliyyə maxinasiyalarından kənarlaşdırıb.Asif Ağayev İslam Allahverdiyevin pulunu kəsdiyi üçün idarə müdiridə başçıdan qisas alır. Görünür idarə müdiri ömrünü artırmaq üçün təvəllüdünü saxtalaşdıraraq 2 yaş kiçildən İslam Allahverdiyevin pul hərisliyi gözünü örtüb”.
***
“RealMedia.az” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin bütün rayonlarında, qəsəbə və yaşayış sahələrində geniş miqyaslı abadlıq və quruculuq işləri aparılır, nümunəvi yeni abad məhəllələr salınır, yaşıllaşdırma tədbirləri həyata keçirilir. Beyləqan rayonunda da yeni, modern infrastruktur layihələri həyata keçirilir. Küçələr, yollar, parklar abadlaşdırılır.
Sözsüz ki, Prezidentin sərancamı ilən Asif Ağayevin Beyləqan rayon İcra hakimiyəti başçısı vəzifəsinə təyin edilməsi, həm rayonun həm də ki, beyləqanlıların həyatında əlamətdar dəyişikliklər yaradıb. Bu günləri abadlıq-quruculuq və yenidənqurma işləri Beyləqanda daha çox diqqət yönələn sahələrdəndir.
Beyləqan rayonunda sosial-iqtisadi, ictimai-siyasi, abadlıq-quruculuq sahəsində görülən işlər qənaətbəxş olmuş, sosial-iqtisadi infrastruktur layihələr yüksək səviyyədə icra edilmiş, işsizlik səviyyəsi azaldılmış, aqrar və sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstək göstərilmiş, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində əməli addımlar atılmışdır. Bütün bu inkişaf prosesini görüb, cəmiyyətdə mənfi rəy yaratmaq yalnız nadanların, bədxah insanların işidir. Bu cür bədxah insanlar zaman zaman olub və bu gündə var. Onlar hər addımda ölkəmizin uğurlarına qısqanclıqla yanaşır, aparılan inkişaf prosesinə maneçilik törətməklə, əldə olunan uğurlara ləkə salmağa çalışırlar. Ancaq xalqın gözü tərəzidir deyib babalarımız. Xalqımı hər zaman ağı qaradan seçməyi yaxşı bacarır. Necə ki, el deyimində deyildiyi kimi, “it hürər, kərvan keçər”. İt öz hürüşündə olsun, kərvanda öz köçündə.
Ramin Məhəmmədoğlu