“Üç şəhidimiz var, məkanları cənnət olsun. Bununla belə, Suriya qüvvələrinin itkisi çox böyükdür”.
“Milliyet” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Mübarizə orada hələ də davam edir, edəcək. Ruslarla görüşlər davam edir, edəcək. Biz bunu deyirik. Biz Adana razılaşmaları ilə İdlibdəyik”, - Ərdoğan bildirib.