Meyxanaçı Aydın Xırdalanlının doğum günüdür.
Millitv.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən meyxanaçı səhhətindən də danışıb:
"Əhval-ruhiyyəm yaxşıdır. Səhhətimdə bəzi problemlər var idi, indi düzəlmişəm. Səhərdən telefonlarım susmur, təbrik edirlər. Bir-iki dəfə özümə təmtəraqlı doğum günü keçirmişəm. Bu dəfə də bilmirəm, qeyd edəcəm, yoxsa yox. Hələ qərar verməmişəm".
Xırdalanlı qocalmaqdan qorxmadığını da deyib:
"Əşşi, yaşlanmaqdan niyə qorxum ki? Kişiyik, öləndə də öləcəyik. Bunu özümüzə niyə dərd edək ki... Allah verən ömrü yaşayırıq, harada bitdi, bitdi. Hələ ki, əhvalım yaxşıdır. Çoxlu meyxanalar yazmışam, sağ olsun insanlar dinləyir".