Axtarış...

Bakıda falçı gözəllik salonunda elə hərəkət etdi ki…- ŞOK DETALLAR

Bakıda falçı gözəllik salonunda elə hərəkət etdi ki…- ŞOK DETALLAR

Azərbaycanda falçı gözəlik salonundan qızıl boyunbağı və 50 manat pul oğurlayıb.

Bu barədə Sonxeber.az-a həmin gözəlik salonun işçiləri məlumat verib.

Bildirilir ki, hadisə dünən saat 13:49 radələrində baş verib. Belə ki, özünü Cəmilə kimi təqdim edən qadın Xətai rayonu, İnqilab İsmayılov küçəsi, bina 8-də yerləşən "İdeal" gözəlik salonuna gələrək saç, makiyaj və dırnaq xidmətlərindən yararlanıb. O, söhbət zamanı bildirib ki, falçıdır və sabah "TNT" kanalında yayımlanan "Bitva Ekstrasensov" verilişinə çıxacaq. Qadın fala taro kartlarında baxdığını söyləyib. Salondakı ustalardan birini aldadaraq onu təhlükə gözlədiyini və ona "güllədəyməz" əməlini etmək lazım olduğunu bildirib. O, ustadan 50 manat alıb. Puldan əlavə isə ustanın boyunbağısını alaraq 2 saata gətirəcəyini söyləyib. Amma 2 saat keçməsinə baxmayaraq, qadın boyunbağı geri gətirməyib. Verdiyi əlaqə nömrəsinə də zəng çatmır.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz