Axtarış...

Saxta sənədlə qeydiyyata düşən azərbaycanlı məsuliyyətə cəlb edildi



Rusiyanın Lipetsk vilayətində azərbaycanlı saxta sənədlə qeydiyyata düşüb.

Lipetskmedia.ru-nun vilayət prokurorluğuna əsasən verdiyi xəbərə görə, azərbaycanlı yerli sakinin evinə saxta sənədlə qeydiyyata alınıb.

Xəbərdə bildirilir ki, keçən ilin may ayında vilayət prokurorluğuna müraciət edən azərbaycanlı yerli sakinə məxsus mənzili yaşayış ünvanı kimi göstərib.

Araşdırma zamanı məlum olub ki, azərbaycanlı həmin evdə saxta sənədlə qeydiyyata düşüb.

Azərbaycanlı evinə qeydiyyata düşdüyü şəxslə bağlanan üç illik müqaviləni təqdim edib.

Halbuki ev sahibi olan ana və iki yeniyetmə qızı bu müqavilədən xəbərləri olmadıqlarını və evi heç kimə vermədiklərini deyiblər.

Faktla bağlı “Qəsdən saxta sənəddən istifadə” maddəsi ilə cinayət işi açılıb. Hadisənin səbəbləri və əlaqəli şəxslər müəyyənləşdirilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz