Axtarış...

Tapdıq Abbas (FB.com səhifəsində) Beyləqanın icra başçısı Asif Ağayevi röşvətxor adlandırdı



Reportyor.tv xəbər portalı olaraq Tapdıq Abbasın fb.com səhifəsində paylaşdığı statusun olduğu kimi sizlərə təqdim edirik.
Dostlar, cənab Prezident 2018-ci ilin oktyabr ayında Asif Ağayevi Şamaxı rayonundan çıxarıb, Beyləqan Rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. Rayon əhalisi Asif Ağayevin rayonda işlədiyi 15 ay ərzindəki fəaliyyətindən hədsiz dərəcədə çox narazıdır. Rayondakı pis durumdan xəbərsiz olan hər kəsdə sual yarana bilər ki, rayon əhalisi başçıdan niyə bu qədər çox narazıdır?! Rayon sakini kimi, bu suala əhalidən aldığım məlumata əsasən cavab verirəm: cənab Prezident həbs olunmuş icra başçıları barədə danışarkan rüşvət alan icra başçılarını xəbərdar etdi və hətta hədələdi. Lakin bu xəbərdarlığa və hədəyə məhəl qoymadan, Asif Ağayev yenə də rüşvətxorluqla məşğuldur!!! Faktlara baxaq, Asif Ağayevin rayonun Meşələrin Bərpası və Mühafizəsi, Yaşıllıq, Mənzil İstismar İdarələrinə, "Dostluq" Damazlıq təsərrüfatına, Rayon Təhsil şöbəsinə, bir sözlə, bütün vəzifələrə təyinat meyarı yalnız rüşvətdir!!! Son bir ildə başçı Rayon Təhsil Şöbəsinə 3 nəfər müdir təyin edib! İcra başçısının bir ildə ard-arda 3 nəfəri ( əvvəlki müdir Xuraman Rüstəmovanı azad edib, yerinə Tahir Həsənovu təyin edib, 9 aydan sonra T. Həsənovu azad edib, Həsən Həşimovu müdir təyin edib, 4 ay sonra isə, yəni 10 yanvar 2020-ci ildə H. Həşimovu vəzifədən azad edib, yerinə Suliddin Əsgərovu təyin edib!) RTŞ-yə müdir təyin edib, qısa zamandan sonra vəzifədən azad etməsini rayon əhalisi Asif Ağayevin təyin etdiyi müdirlərdən istədiyi "hesabı" ala bilməməsilə əlaqələndirir!
Dostlar, Asif Ağayevin Beyləqanda rüşvətxorluq əməlini sübut edən faktlar çoxdur, Ağstafanın, Yevlağın həbs olunmuş sabiq icra başçılarının əməlində olan rüşvətxorluq faktları eynilə Asif Ağayevin əməlində var, onların hər birini vaxtaşırı qeyd edirəm və bundan sonra da qeyd etməkdə davam edəcəm, məqsədim, əvvəla, icra başçısını əyri yoldan çəkindirmək və onun fəaliyyəti barədə cənab Prezidentə məlumat verməkdir!
Reportyor.tv
P. S. Dostlar, bəziləri elə başa düşməsin ki, bu tənqidi statusu yazmaqla A. Ağayevlə hər hansı ədavətim və ya düşmınçiliyim var! Məqsədimi yuxarıda yazmışam və çox istərdim ki, icra başçısı tənqiddən nəticə çıxarsın, rayon əhalisini rüşvət msncanağından keçirməkdən əl çəksin!!!

Tapdıq Abbas (FB.com səhifəsində) Beyləqanın icra başçısı Asif Ağayevi röşvətxor adlandırdı
Text-to-Speech

DİNLƏ






Şərh yaz