Axtarış...

"Oskar" mükafatının təqdimat mərasimi bu dəfə də aparıcısız olacaq

Fevralın 9-da Los-Ancelesdə keçiriləcək 92-ci "Oskar" mükafatının təqdimat mərasimi bu il də aparıcısız olacaq. Amerika Kino Akademiyası 24 nominasiyada mükafatlar təqdim edəcək.

AZƏRTAC bildirir ki, bu barədə məlumat akademiyanın "Twitter" səhifəsində verilib.

Məlumatda, həmçinin bildirilib ki, mərasimdə kino ulduzlarının çıxışları və digər maraqlı nömrələr olacaq.

Qeyd edək ki, bundan öncə "Oskar" mərasiminin aparıcısız keçməsi 1989-cu ildə olub və açılış nitqi əvəzinə 11 dəqiqəlik videoçarx təqdim edilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz