Axtarış...

15-ə yaxın maaş kartını müdir cibində gəzdirir - Beyləqanda ÖZBAŞINALIQ



Məlum olduğu kimi, keçən il oktyabrın 01-10-nu tarixdə müstəqil Azərbaycan Respublikasının tarixində ölkə əhalisinin sayca üçüncü siyahıyaalınması keçirildi. Respublikanın az qala hər yerində, xüsusilə də əyalətlərdə həmin ərəfədə yerli statistika orqanlarının heç bir əməkdaşını görmədiklərini, onlardan sorğu götürülmədiyini iddia edən çoxlu sayda vətəndaşlar vardır. Bütün proses və təkcə sosial şəbəkələrdə minlərlə istifadəçinin siayhıya alınma ilə bağlı narazılıqları, onların qapısını heç kimin döyməməsi kifayət qədər suallar yaradıb. Belə güman etmək olar ki, adıçəkilən qurum prosesi başdansaovdu həyata keçirib.

Siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirməyən orqanlardan biri də Dövlət Statistika Komitəsinin Beyləqan Rayon Statistika İdarəsidir. Bu idarənin işi təkcə siyahıyaalma vaxtı deyil, elə həmişə bərbad vəziyətdədir. Çünki rayon Statistika İdarəsinin rəisi Rövşən Allahverdi oğlu Quliyev öz vəzifəsinin öhdəsindən gəlmir. Bildirilir ki, o, hesabat intizamında ciddi nöqsanlara yol verir, icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil edə bilmir, maliyyə vəsaitlərindən istifadə sahəsində qanunsuzluqlara qol qoyub. Etibarlı mənbədən əldə etdiymiz məlumata görə, idarədə adı gedən, amma faktiki işə gəlməyən 15 nəfərə yaxın işçinin maaş kartları rəis Rövşən Quliyevin cibindədir. Bundan başqa, R.Quliyev idarənin inzibati binasının bir hissəsini qeri-qanuni olaraq, abituriyent hazırlıq kursları aparan tədris mərkəzinə icarəyə verib və bu mənbədən daxil olan gəliri vergi ödəmədən tam şəkildə özü mənimsəyir. Belə olan halda onun verdiyi statistik məlumatlara inanmaq olarmı?

Mövzuya qayıdacagıq.
RealMedia.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz