Axtarış...

"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY

"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEYAzəriqaz”ın Lənkəran Regional Qaz İstismar İdarəsinin tərkibinə daxil olan rayon Xidmət Sahələrinin mülki müqavilə ilə işləyən əməkdaşları maaşlarının kəsilməsindən şikayətçidir.

İdarənin əməkdaşları əhalinin siyahıya alınmasında iştirak etdiklərinə görə əmək haqları kəsilir: “Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 1040 saylı Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıya alınması cari il oktyabrın 1-10-da keçiriləcək.

Rayon statistika idarələri Lənkəran Regional Qaz İstismar İdarəsinə məktublar göndərərək, 2019-cu il 23 sentyabr - 18 oktyabr aralığında maaşımız tam həcmdə saxlanılmaqla bizə işdən icazə verilməsini və bu müddətdə statistika idarəsinin sərəncamına verilməyimizi xahiş edib.

İdarədən bizə icazə verilib. Eyni zamanda qərara alınıb ki, siyahıyaalmada iştirak edən əmək müqaviləsi olan işçilərin maaşı tam saxlanılsın, Amma Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi mülki müqavilə ilə işləyənlərə şamil olmadığı üçün maaşları kəsilsin.

Lakin Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 517 saylı müvafiq qərarının 11-ci bəndində maaşın saxlanılması dəqiq yazılıb. Sitat: 11. Siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsi rayon (şəhər) məşğulluq orqanlarında işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxsləri, iş yerlərində əməkhaqları saxlanılmaqla yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların işçilərini, müəllim və tələbələri, uçot sahəsində səriştəsi olan digər şəxsləri mülki-hüquqi müqavilələr üzrə cəlb etməklə həyata keçirilsin.

Göründüyü kimi burada əmək müqaviləsi ilə mülki müqavilə arasında fərq qoyulmayıb. Həmçinin burada o da yoxdur ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi mülki müqavilə ilə işləyənlərə şamil olunmur”.

200-240 manat civarında maaş aldıqlarını deyən şikayətçilər bu pulun da onlara çox görülməsini haqsızlıq hesab edir. “Siyahıya alma gərgin zehni və fiziki əmək tələb edən işdir. Biz kefə getməmişik. Dövlətimizə, ailəmizə kömək üçün getmişik.

Haqqı pozulmuş bütün Mülki Müqavilə işçiləri adından xahiş edirik ki, bizim ödənişi kəsilmiş günlərimiz bərpa edilsin. Maaşımız qanunun tələbinə uyğun olaraq tam həcmdə verilsin”, - deyə şikayətçilər bildirib.
Yenisabah.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz