2014-cü ildə prezident Müstəqim Məmmədovu Tərtərə icra başçısı təyin etməklə böyük gözləntiləri varıydı. Cəbhə bölgəsində abadlıq işləri həyata keçirilməsi, sosial problemlərə diqqət olunması tapşırılmışdı.
Artıq bir müddətdir ki, Tərtər sakinləri müxtəlif sosial problemlərin əlində aciz qalıblar.İcra başçısı əhalini narahat edən problemli məsələlərin həllini tapması üçün cəhd belə göstərməyib.Reportyor.info xəbər verir ki, son 5 illik fəaliyyətinə ekskursiya edəndə M.Məmmədovun etimadı doğrultduğunu söyləmək, birmənalı qiymət vermək çətindir.
Onun da icra başçıları ilə bağlı aparılan kadr islahatları çərçivəsində vəzifəsindən azad olunacağı xəbər verilir. Tərtərin icra başçısının fəaliyyət boxçası ilə yanaşı bioqrafiyası da yuxarılara agahdır.
M.Məmmədovun Gəncənin sui-qəsd edilmiş keçmiş başçısı Elmar Vəliyevin adamı olduğu, bu karyera yüksəlişinə də onun hesabına nail olduğu özünə də, cəmiyyətə də məlumdur. E.Vəliyevin kadrlarından yalnız iki məmur icra başçısı qalıb ki, onları da yol salmağa hazırlaşırlar.
Biri Müstəqim Məmmədov, digəri Bərdədəki həmkarı Vidadi İsayevdir. E.Vəliyevin Yevlaxdakı adamı Qoca Səmədov artıq işindən uzaqlaşdırılıb, ayrı-ayrı idarələrdə, strukturlardakı dəstəsi vəzifəsini itirib.
Ona görə də davamı kimi Tərtər və Bərdəyə "əl gəzdirilməsi” gözlənilir. M.Məmmədov cəbhə rayonunda üzərinə qoyulan öhdəlikləri tam yerinə yetirə bilməyib. Əksinə, ondan şikayətlər də baş qaldırmaqdadır.
Məsələn, bu yaxınlarda Tərtərin Səhləbad kənd sakini, aprel döyüşçüsü Mahmudov Ziya Mehrac oğlu bildirmişdi ki, şəhidlər parkı gizli şəkildə hərraca çıxarılaraq mənimsənilib. Onun sözlərinə görə, dəfələrləicra başçısı Müstəqim Məmmədova şikayət etsə də, problemhəll olunmayıb:
"İcra başçısının Tərtərdə gördüyü o qədər qanunsuz işlər var ki, hansını deyəsən bilmirsən”. Görünür, başçı şəhidlər parkının satışına razılıq verib.
Bir müddət əvvəl isə Tərtərin Qaradağlı kənd sakini İbrahimova Zinyət Yusif qızı bildirirdi ki, onun şəhid qardaşı İbrahimov Qaraş Yusif oğlunun adıTərtər Peşə Liseyindən müəmmalı şəkildə götürülüb.İcra başçısı xalqın övladlarına peşə öyrədən liseyi bağladıb, binasını satışa çıxarıb.
Şəhidin bacısının dediyinə görə, binaya əməlli-başlı qiymət qoyulub. Şəhid bacısı dəfələrlə başçı Müstəqim Məmmədovun qəbulunda da olub.
Başçı isə hər dəfə, "get hara istəyirsən şikayət et, rayonun yiyəsi mənəm, prezident bu rayonu mənə etibar edib, məndə nə istəsəm edərəm.
Mənə şəhid nağılı danışma, liseyin adında Tərtər sözü varsa, deməli tabeliyimdədir, istəsəm saxlayar, istəsəm bağladaram. Unutma, arxamda Elmar Vəliyev kimi dağ var” kimi xoşagəlməzifadələr işlədib.
M.Məmmədov özünü sakinlərə işləyən məmur kimi göstərsə də, Tərtərdə hansı biznesə sahib olduğunu bilməyən yoxdur. Onun obyektləri Tərtərin girişindən başlayır axıra qədər…
Müstəqim Məmmədovun Yevlaxda inşaat materialları satış mərkəzləri fəaliyyət göstərir. İH başçısı da daşa-divara hörülən büdcə pullarını öz sexlərinə, mağazalarına yönəldir.Tərtərdə parklara vurulan tamet üzlük daşlarının istehsalçısı Yevlaxdakı sexdir.
Elmar Vəliyevin Müstəqim Məmmədovun arxasından əlini çəkməyə məcbur olması, Tərtər RİH başçısının fəaliyyətinə həssas şəkildə nəzarəti gücləndirib.
İndi Tərtərin başçısı elə işləməlidir ki, prezident onun fəaliyyətindən narazı qalmasın, vəzifədən azad olunmasın. Çünki ardıcıl olaraq bir sıra bölgələrdə icra başçıları dəyişdirilib.
Xatırladaq ki, bir müddət əvvəl Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alıb.
Tərtərin Qaraağacı kənd sakini, 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlun və Tərtər sakini Məmmədov Elçin Saleh oğlu rayonun Şıxarx adlanan ərazisindən taxıl əkini üçün torpaq sahəsini icarəyə götürmək istəsə də, icra hakimiyyətinin rəsmisi Füzuli Əliyev onlardan 30 hektar torpaq müqabilində 27000 (iyirmi yeddi min) manat rüşvət istəyibmiş.
Sonradan məlum olur ki, həmin ərazi başqa adama daha baha qiymətə satılıb, Qarabağ qazisinə isə əkin üçün yer tapılmayb.
Daha sonra məlumatda bildirilir ki, Tərtərin icra başçı Müstəqim Məmmədov Yevlaxda yaşayan 80-dən çox yaşı olan qaynanasının adına 196 hektar torpaq yazdırıb subsidiya alıb.
Prezident belə məmurları komandasında niyə saxlasın, niyə onlarla işləsin ki?!
Analoq. az