Axtarış...

Heç də peyğəmbər deyilmiş... - "Kəsdiyi başı" sorğu-sual etmək lazımdır...

Heç də peyğəmbər deyilmiş... - "Kəsdiyi başı" sorğu-sual etmək lazımdır...

Bəzən kadr islahatları adı ilə "qurunun oduna yaş da yanır". Bu misal Gəncəyə icra başçısı təyin olunarkən Niyazi Bayramovun timsalında həyata keçirilib.

Onun ucdantutma hər kəsə sabiq İH başçısı Elmar Vəliyevin kadrı damğasını vuraraq işdən azad etməyə başlaması bəzilərinin günahsız yerə qurbana çevrilməsinə səbəb olub.

Onlardan biri cəmi 3 ay Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi olmuş Bəxtiyar Haqverdiyevdir. Bəxtiyar Haqverdiyev Ağdamın baş həkimi olub.

Xocalıdan olan və çoxlu şəhidlər vermiş bu hörmətli insan Ağdamın keçmiş başçısı Raqub Məmmədovun qanunsuz tələblərindən cana doyaraq o zaman Səhiyyə Nazirliyindən yerinin dəyişdirilməsini istəmişdi.

Ancaq hardan biləydi ki, Gəncəyə səhiyyə idarə rəisi təyin olunanda ona Elmar Vəliyevçi damğası vurulacaq.

Nazirin əmri ilə Ağdamdan Gəncəyə təyin olunan B.Haqverdiyev Raqub Məmmədov zülmündən xilas olduğuna sevinmişdi ki, başına iş gətirildi.

Onun Gəncədəki postuna oturmasından bir gün sonra E.Vəliyevə sui-qəsd olundu, ara qarışdı.

Yəni, onun heç Gəncənin sabiq icra hakimi ilə tanışlığa fürsət olmadı. Gəncə hadisələrindən sonra B.Haqverdiyev bu vəzifədə cəmi 3 ay işləyə bildi.

Mingəçevirdən Gəncəyə İH başçısı gətirilən Niyazi Bayramov vəliyevçiləri "təmizləməyə" başladı. Xüsusən də adı qatı cinayətlərə qarışmış Məharət Mustafayev çıxarıldı, bir sıra şöbə müdirlər işindən uzaqlaşdırıldı.

Bu qarışıqlı içində 3 ay fəaliyyət göstərə bilmiş B.Haqverdiyevi də qeyri-rəsmi adın vəliyevçi qoyaraq, əsassız yerə idarə rəisi postundan çıxarmağa nail oldular.

Hərçənd ki, gənc bir kadr olan, işləməyə həvəsli Haqverdiyevin Vəliyevlə tanışlığa fürsəti olmamışdı.

N.Bayramov isə Gəncənin səhiyyə rəisi vəzifəsindən cavan və təcrübəli kadrı azad etdirib yerinə yaşlı adamın gəlməsinə müvəffəq oldu. Hazırda Nazim Əhmədov bu vəzifəni daşıyr.

O, bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışıb. Baş həkim olduğu dövrdə isə sözügedən səhiyyə ocağından şikayətlərin ardı-arası kəsilməyib.

Haqverdiyevi araşdırmadan, ona hansısa şəxslərin təqdimatı əsasında vəliyevçi möhürü vurub, 3 aylıq fəaliyyətinə baxmadan azad etdirən N.Bayramov bu dəyişikliyi kadr islahatı kimi qələmə verməyə çalışdı.

Ağdamlılar təsdiqləyər ki, Haqverdiyev işinə məsuliyyətli olub, Gəncədə də qısa müddətdə qayda-qanun yaradıb. Amma Xocalıdan olan bir savadlı kadrın yerinə yaşlı adamı təyin edən Bayramov apardığı "islahat"ı bir daha gözdən keçirsə, pis olmaz... \\xalqxeber.az\\
Text-to-Speech

DİNLƏ






Şərh yaz