Bakının Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən “Bazarstore” mağazasında müştərilər son istifadə tarixi qeyd edilməyən məhsullar aşkarlayıblar.
Maraqlısı odur ki, həmin məhsulların üzərində paketlənmə tarixi də səhv göstərilib. Belə ki, sosis və kolbasaların üzərində onların 2001-ci ildə paketləndiyi qeyd olunub. Bir neçə müştəri bu vəziyyətdən narahat olaraq məhsulu almaqdan imtina edib. Market işçiləri isə məhsulların yeni olduğunu bildiriblər. Onların sözlərinə görə, məhsulların üzərindəki rəqəmlər texniki səhvdən qaynaqlanır.
“Yeni Sabah” məsələ ilə bağlı “Bazarstore”dan açıqlama almağa cəhd etsə də, zənglərə cavab verilməyib.
Marketdəki “18 illik” sosis və kolbasaların fotolarını təqdim edirik:
“Yeni Sabah”