Axtarış...

Masallıda daha bir səyyar görüş-qəbul keçirilib



Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu sentyabrın 25-də Boradigah qəsəbəsində keçirilib. Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 300-ə yaxın qəsəbə sakinləri iştirak edib.Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən, cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat verib.

İcra başçısı qeyd edib ki, Boradigah rayonun böyük və abad yaşayış məntəqələrindəndir: "Ölkədə, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri 12 min əhalisi olan bu qəsəbədə də öz əksini tapır. Buna baxmayaraq, biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, şəxsi evlərdə olur, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Bir ay bundan öncə də Boradigah qəsəbəsinə daxil olan Mollaoba kəndində bir neçə evdə olub vətəndaşların problemləri ilə yaxından tanış olmuşam. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə cari ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb”.



Şərh yaz