Axtarış...

Aksiz markasız siqaretlərin ölkəyə keçirilməsinin qarşısı alındı

Aksiz markasız siqaretlərin ölkəyə keçirilməsinin qarşısı alındı

Külli miqdarda aksiz markasız siqaretin gömrük orqanlarına bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Milli.Az bildirir ki, DGK-dan Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Opel Vectra" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.

Daha sonra Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində və salonunda olan sellofan torbaların içərisində 3400 ədəd "King" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz