Müğənni Şəbnəm Tovuzlu ( Əsədova ) hacı adını lağa qouanları tənqid edib.
Lent.az -ın məlumatına görə, “Show news” verilişində hacılara səslənib. O, bildirib ki, hacılardan biri onlara lağ edənləri mütləq cavablandırmalıdır:
“İndi hacı adını niyə belə ucuz təqdim edirlər? Bəziləri video yığır, hətta aparıcılarımız var ki, hacı adını lağ edərək çəkirlər. Axı niyə? Yoldaşıma deyirəm ki, bu məzəli rolikləri, o sözləri heç vaxt özünə götürmə. Hörmətli insanıq. Bizi hər adama tay etmək düzgün deyil. Yəni bu hacı adını lağ kimi məsxərəyə qoyanın birinin qulağından tutsunlar, qabaqlarına gətirsinlər. Eləyəcəklər də. Desinlər ki, sən məndən artıq oğlansan? Sənin üçün ayıb deyil? Mən hər zaman deyirəm ki, mənim həyat yoldaşım hacıdır. Sıravi insanlar rəy yazırlar ki, hacı nə bilim nə. Onlar bu yolla mənə qıcıq verməyə çalışırlar. Amma düşünmürlər ki, qıcıq yox, mənim günahlarımı yuyursunuz. Yoldaşım deyir ki, sən bəxtəvər insansan, sənin günahını barəndə dedi-qodu edənlər yuyur”.
Qeyd edək ki, bu Şəbnəmin hacıyla 2-ci evliliyidir. Müğənninin hər iki evlilikdən 1 övladı var.