Axtarış...

“ATABANK”a RƏHBƏRLİK UĞRUNDA MÜBARİZƏ QIZIŞIR – Sabiq nazir “qurban” hazırlamışdı, ancaq…

Səhhətində ciddi problemlər yaranan və heç də yaxşı günlərini yaşamayan sabiq vergilər naziri Fazil Məmmədovun biznes strukturlarında da vəziyyətin yaxşı olmadığına dair məlumatlar daxil olmaqdadır. F.Məmmədovun bankı kimi tanınan “AtaBank”ın ətrafında baş verənlərlə bağlı “AzPolitika”ya daxil olan məlumatda deyilir ki, bankda qeyri-müəyyənlik hökm sürməkdədir.

Banka yaxın mənbənin redaksiyamıza göndərdiyi məlumatda qeyd olunur ki, artıq xeyli müddətdir təftiş olunan bu quruma rəhbərlik uğrunda sabiq nazirin bacısı oğlu Dəyanət Quliyevlə bankın hazırkı sədr müavini Etibar Babaşlı arasında mübarizə gedir: “Hazırda İdarə Heyətinin sədr müavini Etibar Babaşlının bankda sədr olması uğrunda dəridən-qabıqdan çıxdığı bildirilir. Bu səbəbdən də onun istənilən risqə getməyə hazır olduğu, özünü həddindən artıq fövqəladə səlahiyyətli şəxs kimi apardığı danışılır. Hətta iş o yerə çatıb ki, o, keçirdiyi görüşlərdə eks nazir Fazil Məmmədova “Fazil” deyərək xitab edir və kəskin antipatiyasını biruzə verir. Bu barədə məlumatlar Fazil Məmmədovun ətrafına artıq bəllidir…”

“ATABANK”a RƏHBƏRLİK UĞRUNDA MÜBARİZƏ QIZIŞIR – Sabiq nazir “qurban” hazırlamışdı, ancaq…
Daha sonra qeyd edilir ki, E.Babaşlı F.Məmmədovun əmlakları və biznesləri barədə bütün bildiklərini bankı təftiş edənlərə çatdırıb: “E.Babaşlı ilə D.Quliyevin heç vaxt isti münasibətdə olmadığı bildirilir. Hətta D.Quliyevin hələ bankda olmadığı, E.Babaşlının isə sədr olduğu dövrlərdə bank barədə, xüsusilə də Fazil Məmmədov barədə məlumatların lazımi istiqamətlərə ötürüldüyü mediada dəfələrlə işıqlandırılmışdır. Bəs o zaman E.Babaşlı sədrlikdən çıxarılsa da, nədən D.Quliyevin sədrliyi dövründə bankda müavin kimi saxlanıldı və hansı səbəbdən ona qısa zamanda müstəsna səlahiyyətlər verildi?

Sözsüz ki, Fazil Məmmədov vaxtılə təcrübəli bank mütəxəssisi olduğu üçün, öz bacısı oğlu D.Quliyevin səriştəli menecer olmadığını, ən əsası isə bankı bir müddət sonra hansı təlatümün gözlədiyini yaxşı bilirdi. Bu səbəbədən, hələ sədrliyi dövründə barəsində ciddi narazılıqlar yaranan E.Babaşlı gələcəkdə yaranacaq məsuliyyətin “qurbanı” kimi hazırlanaraq, önə çəkildi və ona heç sədrliyi dövründə verilməyən səlahiyyətlər verildi…”



Ancaq sabiq nazirin öz gümanlarında yanıldığı ortaya çıxıb: “Lakin, F.Məmmədovun bu planı özünə qarşı böyük zərbə ilə nəticələnib. Belə ki, artıq F.Məmmədovun siyasi səhnədən silindiyini, hətta ağır xəstəliklərdən əziyyət çəkdiyini və beləliklə də heç bir perspektivinin olmadığını görən Etibar Babaşlı “AtaBank”ı təftiş edən qurumlarla münasibət qurmağa çalışıb, təftişdən sonra bankda sədr qalmaq arzusunun olduğunu dilə gətirib. Bu məqsədlə onlara F.Məmmədov haqqında bütün bildiyi məlumatları təqdim edib. Eyni zamanda D.Quliyev və atası N.Quliyev tərəfindən bankda törədilən əməllər barədə müfəssəl məlumat verib. Verilən məlumatlar o qədər dəqiq olub ki, bu barədə F.Məmmədov əks arqumentlər gətirə bilməyib.

Ancaq Fazil Məmmədovun da məsələni cavabsız buraxmadığı bildirilir. E.Babaşlı haqqında çoxdan hazırlanmış dosyenin bir hissəsinin artıq lazımi adamlara çatdırıldığı, onun Türkiyədəki biznesi, daşınmaz əmlakları barədə faktların təqdim edildiyi danışılır. Bu səbəbdən D.Quliyevlə E.Babaşlının bir neçə dəfə kəskin mübahisə etdiyi, hətta əl-qol davasına çıxdığı və hazırda münasibətlərinin olmadığı bildirilir.”

Sonda qeyd edilir ki, artıq “AtaBank”la bağlı yoxlamalar başa çatıb və qısa vaxtda bankın gələcəyi barədə qərar veriləcəyi gözlənilir./azpolitika.info/

Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz