Axtarış...

"Azəriqaz" sakinlərin başına belə oyun açır... - GİLEY

"Azəriqaz" sakinlərin başına belə oyun açır... - GİLEY

Lənkəran Rayon Qaz İstismar İdarəsi rayonun Şağlaser kəndində 46 abonenti sayğaca müdaxilə halı aşkarlandığına görə məhkəməyə verib.

Bu barədə kənd sakinləri Unikal.org-a şikayətində bildiriblər.

İdarənin əməkdaşları sakinlərin xəbəri olmadan "qaz sayağaclarına müdaxilə” maddəsi ilə sakinləri Lənkəran rayon Məhkəməsinə verib.

Sakinlər isə iddia edirlər ki, onlar sayağaclara heç bir müdaxilə etməyib və əksinə sağaclarda qorucusu olmadığından belə hallar baş verib:

"Sayağaclar yaşayış evlərimizdən ən azı 50-100 metr kənarda, hasarların üzərində qurlaşdırılıb. Buna baxmayaraq sayağacların təhlükəsizliyini qoruyan xüsusi qoruyucu qablar yoxdur. Halbuki Nazirlər Kabinetinin 4.7.-ci maddəsində göstərilir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Sayağaclar isə açıq şəkildə qalır ki, bu da yoldan keçən hər kəsin buna müdaxilə etməsi ilə nəticələnir”.

Sakinlər vurğulayıblar ki, 7 ildən artıqdır ki, kəndə qaz çəkilib. Amma, qurlaşdırıldığı gündən bugünədək qaz sayağaclarının üzərinə qoruyucu örtük yerləşdirilməyib. Amma, İdarənin əməkdaşları bunları nəzərə almadan sayğacları dövlət yoxlamasına verir və nöqsan kimi işi məhkəmələrə göndərirlər. Artıq, Lənkəran rayon Məhkəməsi İdarənin bu iddiasını rədd etsə də, hazırda işə Şirvan Apelelliyasiya məhkəməsi baxır. Bu məhkəmə isə SOCAR-ın iddiasını tanıyır və vətəndaşları cərimələrin ödənilməsini tələb edir”.

Kənddə cərimələnənlərdən biri də 70 yaşlı Şahnaz Qurbanovadır. Övladları Rusiya və Bakıda olması səbəbindən Ş.Qurbanova evində tək yaşayır. İdarənin əməkdaşları onun evinin sayağacında da müdaxilə aşkarlayıblar. O isə məhkəmədən gələn çağırışdan sonra hadisədən xəbəri olduğunu deyib.

Məsələ ilə bağlı, ekspert Mirvari Qəhramanlı açıqlama verərək bildirib ki, rayonların əksəriyyətində qazdan istifadə üçün mexaniki sayağaclar qurlaşdırılıb: "Nazirələr Kabinetinin 80 saylı qərarı var. Yol kənarlarında qurlaşdırılan sayağaclara fiziki şəxslər məsuliyyət daşımır. Digər tərəfdən abonent küçədə qurlaşdırılan mexaniki sayağaca müdaxilə edə bilməz. Bunu isə əsasən qaz nəzarətçiləri edir. Deyə bilmərəm ki, bunu nəzarətçilər abonentlərlə danışığa girdikləri zaman edirlər, yaxud da başqa maraqları üçün. Bütün hallarda ən azı ayda bir dəfə qaz nəzarətçiləri ərazilərdə olurlar. Onlar bunu görmürlər? Əlbəttəki görürlər”.

M.Qəhramanlı iddia edib ki, Azərbaycanda ciddi qaz itkisi var və bunun həcmi iləbəil artır. O hesab edib ki, bu itkinin əvəzinin ödənilməsi üçün "Azəriqaz” İB əhalini sözügedən cərimələrlə yükləyir: "Bu işə isə xüsusi "dələduz” insanlar rəhbərlik edir. Plomb qırılması və digər böhtanlarla abonentlər cərimələnir. Bu günə qədər oxşar hadisələrlə bağlı 20-yə qədər məhkəmədə iştirak etmişəm. Hesab edirəm ki, Lənkəran Şaxlaser kəndində məhkəməyə verilən abonentlər qarşılıqlı iddia ilə çıxış etsinlər. Belə hadisələr, Lerik, Masallıda da baş verir. Bu dələduz kampaniya ilə məşğul olan insanları SOCAR rəhbərliyi tapıb üzə çıxarmalıdır. Burada böyük bir qurup işləyir. Qaz satışına nəzarəti "Azəriqaz” İstehsalat Birliyinin (İB) rəis müavini Aslan Əliyev rəhbərlik edir. Onlar iddia edirlər ki, ölkənin 95 faizi qazlaşdırılıb və hər bir abonentdə qazla təmin edilir. Birincisi ölkədə 95 faiz ərazi qazlaşdırılmayıb. Bu yalan statistikadır. Digər tərəfdən yalandan layihə edirlər ki, guya hansısa kəmərin 325 milli metrini dəyişiblər. Amma demirlər ki harada? Digər tərəfdən qazı verməyə başlayanda yarım saat hava vururlar. Bu adamlar nə vaxtsa aşkara çıxacaqlar. "Azəriqaz” İB sahəsində böyük bir mafiya işləyir. Düşünürəm ki, Azərbaycan hökuməti bunu nəzarətə götürməlidir”.

"Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Unikal.org-a açıqlamasında deyib ki, abonentlərin sayğaclara müdaxilə etməsi halları tez-tez aşkarlanır:
"Belə hal aşkarlanıqda nöqsanlı sayğac yenisi ilə əvəzlənir ki, həmin müddətdə abonent qazsız qalmır. Sayğac dövlət yoxlamasından keçirilməsi üçün göndərilir. Nöqsan aşkarlanmış köhnə sayğac yoxlamadan keçirildikdən sonra rəy gəlir. Dövlət yoxlamasından zavod istehsalı qüsur rəyi gələrsə, abonentdən heç bir məbləğ tələb olunmur. Əgər rəydə sayğaca müdaxilə edildiyi aşkarlanıbsa, o zaman sərfiyyat əsas götürülərək, həm itirilmiş təbii qazın, həm də sayğacın dəyəri hesablanır. Sayğacın klapan hissəsinin deşilməsi, göstəricisinin sıradan çıxarılması, sayğacdan kənar təbii qazdan istifadə halları daha çoxdur. Bu istiqamətdə tərəfimizdən mütəmadi olaraq reydlər keçirilir”.

Kənar müdaxilələrdən qorunmaq üçün sayağacların müvafiq örtüklə örtülməsi məsələsinə gəlincə İ.Kərbalayev rəsmisi əlavə edib ki, bununla bağlı da abonentlər "Azəriqaz”a müraciət edə bilərdilər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz