Axtarış...

Qalmaqalla yola salınan icra başçısının başı dərddə... - İşi araşdırılır

Qalmaqalla yola salınan icra başçısının başı dərddə... - İşi araşdırılır


Bu günlərdə vəzifəsindən qalmaqallı şəkildə azad edilən Nizami rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Arif Qaslmovun başı cəncəldədir. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya daxil olub.

Xatırladaq ki, Arif Qasımov Leyla Əliyevanın dəstəyi ilə abadlaşdırılaraq sakinlərin istifadənisinə verilmiş parkın ərazisində restoranın tikilməsi məsələsinin AzTV tərəfindən işıqlandırılmasından sonra postundan alınmışdı və iddialara görə, başçı məhz bu özbaşınalığın qurbanı olmuşdu.

İndi isə dia.az-a danışan mənbə iddia edir ki, "yuxaırlar" Arif Qasımovun fəaliyyətinin araşdırılması barədə də qərar veriblər. Qeyd edək ki, artıq yerli KİV-də keçmiş başçı ilə bağlı müxtəlif səpgili informasiyalar yayılmaqdadır, həm onun sərvəti barədə və həm də onun kadrlarının yeyintiləri haqda...

Bu barədə daha geniş yazımız olacaq. Bizi izləyin...



Şərh yaz