Axtarış...

Florian Zenqstşmid: Xınalıqda tədbirlər davamlı olaraq keçiriləcəkdir



Qubanın Xınalıq kəndində keçirilən musiqi festivalı son üç həftənin nəticəsidir. Bu vaxt ərzində peşəkar komanda bu kənddə çalışıb və buranın yerli icması ilə festivalı ərsəyə gətirib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Xınalıq kəndində “Dağların başı” layihəsi çərçivəsində keçirilən musiqi festivalında deyib.

“Xınalıq Azərbaycanın turizm destinasiyalarından biridir. Bu ucqar kənd öz tarixi mədəniyyəti və özünəməxsus dili ilə başqalarından seçilir. Məhz bu səbəbdən “Dağların başı” layihəsi çərçivəsində keçirilən musiqi festivalı Xınalıqda reallaşıb. Bu tədbiri keçirməkdə iki aspekt nəzərə alınıb. İlk növbədə, bu regiona turist cəlb etməkdir. Məqsədlərimizdən biri də Xınalığın arxitekturasını qoruyub saxlamaq şərti ilə kəndi yenidən bərpa etməkdir. Həmçinin bu gözəl kəndin mədəniyyətini canlandırıb ona bir növ yeni həyat bəxş etmək niyyətindəyik. Təbii ki, Xınalıqda tədbirlər davamlı olaraq keçiriləcəkdir. Eyni zamanda, fəaliyyətimizi genişləndirərək Qubanın digər ərazilərini də layihələrimizə daxil edəcəyik”, -deyə F.Zenqstşmid bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz