Axtarış...

İcra hakimiyyətinin işçisi ittiham olunur... - Görün, nədə...

İcra hakimiyyətinin işçisi ittiham olunur... - Görün, nədə...
Müraciət edən vətəndaş Rəhimova Təranə Saday qızının şikayəti Laçın Rayon İcra Hakimiyyətdə Ümumi şöbənin müdiri vəzifəsində çalışan Qasımov Eldəniz Oktay oğlundandı. O bildirir ki, bu şəxsi həyatımdan bir neçə dəfə aralamağa çalışsam da alınmayıb, məni məcbur edib döymə üsulu ilə, nigaha girməyə vadar edir. “Dəfələrlə məhləmizə gəlsə də, qovmuşam, zəng edəndə telefonuna cavab vermirəm, gəlib ailəmi qızışdırır, üstümə salıb. Nəticədə ailəmdə söz-söhbət yaranır. 2016-cı ildə bu adamla nigaha girmişəm, daha sonra bu adamın kələkbaz olduğunu bilmişəm. Mənim adıma profil açıb şəkillərimdən istifadə edirdi. Ən çox da facebook sosial şəbəkədə olurdu.

2016-cı ildə səhhətində problem oldugu üçün bu adamla hər şeyi bitirmişəm. Dəfələrlə də demişəm, bütün dünyanın malını ayağımın altına töksən də, mən sənə ailə ola bilmərəm, get həyatını qur. Mən bu şəxsi ailə təsərrüfatının bölünməsi üçün icra hakimiyyətinə müraciət edəndə tanımışam. O zaman mən boşanmışdım. Məlum oldu ki, Qasimov Eldəniz də ailəsi onu zəhərlədiyi üçün boşanıb. Təzədən ailə qurmaq istəyir. Mən də onun dövlət işçisi olduğuna görə inandım ki, yaxşı insan olar. Amma bu mənim şəkillərimi sosial şəbəkədə paylaşırdı. Gecələr saat 2-3 radələrində zəng edib təhqir edirdi. Daha sonra nigahı ləğv elətdirdim. Yenə məni gecələr zəng edib söyməyə başladı.

Məsələ ilə bağlı Prezident Aparatına onlayn şəkildə müraciət etdim. Onlar da işi araşdırmaq üçün Xəzər Rayon Polis İdarəsinə göndərdilər. Onlar da işi araşdırmaq üçün aidiyyatı üzrə Xəzər Rayon İkinci Polis Bölməsinə göndərdilər. Müstəntiq mənim ərizəmi aldı. Orada müstəntiqə sosial şəbəkədə mənim şəkillərimdən istifadə olunduğunu göstərdim. Məni gecələr zəng edib təhqir edən nömrəni də verdim. Nömrə axtarışa veriləndə məlum oldu ki, nömrə də bu şəxsin adınadır 39 yaşım var, istədim ailəm olsun, uşağım olsun. İlk ailəm də dağılıb. Tikib düzəltdiyim ev gələcəkdə uşağıma qalsın, əziyyətlə nə qazamışamsa, övladıma qismət olsun. Bu da gəlib atamı təhdid edir ki, “sizin evinizi əlinizdən alacağam, bu qız mənimlə ailə qurmasa, sizin başınıza oyun açacağam” kimi təhdidlər edir. Mən nigahı pozan gün birinci həyat yoldaşı mənə zəng edib dedi ki, xanım, bu bizimlə bir ailədə yaşayır, sizi aldadır, inamırsınız gəlin şahid olun, bu adam mənim evimdə yaşayır, ya yox, özünüzü bədbəxt etməyin, o bizimlə bir evdə yaşaya-yaşaya sizi də orada, bizi də burada aldadır.” Şikayətçi Rəhimova Təranə bildirir ki, onu bu ayın avqustunda Eldəniz Qasımov iki dəfə döyərək xəsarət yetirib: “Bir dəfə bu ayın 10-da döydü, bir dəfə də bu ayın 25-də. Ayın 10-da polisə müraciət etmədim, çünki həmin vaxt daha betər halda idim. Özünə dedim ki, bir də məni ailəmi, ata-anamı narahat etsən, səni polisə şikayət edəcəyəm. Anam, atam xəstədirlər. Nə məni, nə onları təhdid etmə, narahat olurlar. Elə həmin vaxtı gəlib yenə məni döydü, yerə yıxıb məni boğurdu. Əlini dişlədim, zorla əlindən çıxıb qaçmağa başladım. Məni döyərək xəsarətlər yetirdi. Polisə müraciət etdim ki, bu adam gəlib məni evimdə döyür. Polis də deyir ki, ekspertiza gəlib rəy verəcək. İşin araşdırılmasından görünür ki, polis çox laqeyiddir. Xəzər rayon Buzovna qəsəbəsinin polisləri ümumiyyətcə işə laqeyiddirlər. Gedib 2-ci bölməyə müraciət edirəm, deyirlər ki, təhqiqatçı yoxdur, sizin kimi neçə müraciətçi var. 1 saat sonra polis gəlib demişəm ki, bu adam evimi dağıdıb, qapmı vurub qırıb, qızıllarmı, sənədlərimi götürüb baxan yoxdur. Yenə məndən əl çəkmir, mesaj yazır ki, səni öldürəcəyəm, səni zəlil qoyub küçələrə salacağam. Qorxumdan rəfiqəmgildə qalıram. Deyir, elə edəcəyəm ki, səni küçələrə atacaqlar. Nə qədər başa salsam da, məcburi evlilik olmaz, başa düşmür.” Rəhimova Təranə bildirir: “İstəyim və xahişim odur ki, onun hərəkətlərindən qorxuram, sizdən və polisdən xahiş edirəm, ekspertizaya da getmişəm, bu işin araşdırılmasında mənə köməklik edəsiniz”. Qarşı tərəflə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Buna baxmayaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
XəbərAl.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz