Axtarış...

BDU-da ÖZBAŞINALIQ... - İTTİHAM

BDU-da ÖZBAŞINALIQ... - İTTİHAM

Təhsil hüququ Konstitusiyanın 42 -ci maddəsi ilə təsbit olunan əsas insan və vətəndaş hüquqlarındandır. Təhsil sisteminə nəzarət edən dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə də zəmanət verir. Əlillərə gəldikdə, dövlət və onun başçısının imzaladığı normativ hüquqi aktlar bu kateqoriyadan olan şəxslərin hətta xüsusi şərtlərlə, ev şəraitində təhsil almalarına əsas verir. Di gəl, digər qanunvericilik aktlarında olduğu kimi, təhsil sahəsində də qanun, fərman yox, məmurun qanunu, fərmanı cibinə uyğun təfsir etməklə hüquq və imtiyazlara qadağa qoyması acı gerçəkdir. Son çağlar, özəlliklə, Nazirlər Kabinetinin qərarlarının Prezident Fərmanından, qanundan üstün tutulması və bu üstünlüyün hətta məhkəmələrdə qanuni qüvvəyə midirilməsi ciddi rahatsızlıq doğuran və ölkənin hüquq sisteminə zərbə vuran haldır. Qanunun icrasını cibinə uyğunlaşdıran məmurları bir yana qoyaq, axı, ölkənin Ana Qanunu məhkəmələri mübahisələrə baxarkən yalnız Konstitusiyaya tabe olmağa vadar edir. Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Qanunun 149-cu maddəsinə görə , qanunlar Konstitusiyaya, prezident fərmanları Konstitusiya və qanunlara, NK -nın qərarları Konstitusiya, qanun və prezident fərmanlarına zidd olmamalıdır . Göründüyü kimi , ölkənin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya qanunun, fərmanın, qərarın icrasını məmura, məhkəməyə, sıradan vətəndaşa məcburi edir. Amma. ..

“Əmma” burasındadır ki, konkret olaraq təhsil qurumları nə Konstitusiya tanıyır, nə də fərman. Bu sətirlərin yazarının 10 ildir ilk təhsilini aldığı Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində əlavə təhsil almağına qadağa qoyulub. Hər ilin sonunda BDU-dan Sani Hacıyev çağırıb növbəti ilin mayında sənədlərini təqdim edə biləcəyini desə də, elə 10 ildir DİN-in Qarabağ əlilinin “təhsil baxtı” açılmır ki, açılmır. Bu il isə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva və baş hüquqşünas Tofiq Sadıxovun birgə imzaladıqları 05.04.2019 tarixli məktub əlilin baxtına təhsil hüququnun heç çağ açılmayacağını ortaya qoyub ! Heç demə, Nazirlər Kabinetinin 06.09.2010 tarixli 165 saylı qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydaları”nın 8.2 bəndinə əsasən əlavə təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir. PREZİDENTİN 18.03.2014 tarixli SƏRƏNCAMI YALNIZ ÖLKƏNİN ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLANLARIN. .. ,ŞƏHID AİLƏLƏRİNİN RESPUBLİKAMIZIN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ BAKALAVRİAT VƏ MAGİSTRATURA TƏHSİLİ SƏVİYYƏLƏRİNDƏ. .. ÖDƏNİŞLİ ƏSASLARLA TƏHSİL ALAN UŞAQLARINA ŞAMİL EDİLİR. Fikir verin, BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru və baş hüquqşünası əlillərin təhsil hüququna necə “peşəkarlıqla” “təhsil haqqı” qadağası qoyurlar! Prezidentin sərəncamını NK qərarından aşağıda tutan prorektor və baş hüquqşünasa dövlətin birinci şəxsinin 03.05.2019 tarixli əlillərin təhsil haqqından azad edilməsi haqqında fərmanını diqqətə çatdırmaq da sonuc verməyib. Əksinə, 2019 -cu ildə yalnız bircə dəfə təhsil hüququna qanunsuz ödəniş tələb etməklə cavab verən BDU-nun prorektoru İradə Əliyeva “Vətəndaşların müraciətləri haqqında” qanunun 8.1.3 maddəsinə əsasən, yəni il ərzində 3 dəfə əsaslandırılmış cavab verdiyini vurğulayıb rektorun adına qəbul olunmaq ilə bağlı verilən ərizəni baxılmamış saxladığını bildirib . Əlillərin təhsil hüququna “əsaslandırılmış” təhsil qadağasına baxın!

Bəyəm BDU -ya bir ildə 3 dəfə qəbul olunmağa ərizə verilir və hər üçündə rektor yox, prorektor rədd cavabı verir ki, təhsil haqqı ödənilməyib? Hələ ki, BDU-nun təhsil almağa haqq qoyması özbaşınalığı, ölkənin 1-ci şəxslərinin işə qarışmasına, Təhsil Nazirliyinə göstəriş verməsinə baxmayaraq, qüvvədədir. Çox güman, məhkəmə yolu ilə bu özbaşınalıq qüvvədən düşmüş sayılacaq. Axı, Prezident fərmanına, qanuna, Konstitusiyaya məmur haqqı qoyulması yolverilməzdir.

Məğrur Bədəlsoy

Son anda hazırda “qazamat qəzası” yaşayan Qarabağ qazisi Babək Həsənlinin BDU-ya bu il qəbul olunan oğlundan zorla təhsil haqqı alındığı sorağını aldıq. Görəsən, BDU rəhbərliyi bunu da NK-nın qərarı ilə izah edəcəklər, yoxsa Qarabağ əlillərinə özəl dövlət “qayğısı” ilə?
GundemXeber.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz