Axtarış...

Tərtərçay Hidroqovşaq İstismar İdarəsi rəisi prezidentə qarşı - müdhiş talan...

Tərtərçay Hidroqovşaq İstismar İdarəsi rəisi prezidentə qarşı - müdhiş talan...

Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin fəaliyyəti dövlətin büdcəsindən bir məmurun hesabına pulların transfer olunması ilə müşayiət olunur.

Cahan.info-nun məlumatına görə, idarə müdiri Böyükkişi Cümşüdov gizli maliyyə əməliyyatları ilə varlanır.

Bu maliyyə proseslərindən”Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadənin ümumi xəbəri var. Amma görünür, göz yummaq sərf edir.

İddialardan biri belədir ki, B.Cümşüdov Əhmədzadəni razı salmaqla dövlətin büdcəsini sümürür. Əvəzində isə bölgədə əkin sahələri quruyur, su belə satışa çıxarılır.

Azfakt.com yazıb ki, Böyükağa Cümşüdovun Tərtər camaatına suyu pulla satması onu karxana, ferma və bahalı maşın sahibi edib.

Tərtər əhalisinin erməni düşmənlərinə layiqli cavab verdiyi, müharibə şəraiti olmasına rəğmən, cəbhəyə yaxın ərazilərdə əkin-biçinlə məşğul olduğunu deməyə gərək yoxdur.

Lakin Tərtər rayonunu əkin sahələrini suvarmaq işlərini hələ sovet dövründən Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi həyata keçirirdi.

Qarabağ müharibəsindən sonra situasiyanın dəyişməsi səbəbindən bu idarənin işləri də çətinləşdi. Böyükkişi Cümşüdov hazırda idarəyə rəhbərlik edir.

Kifayət qədər qaranlıq və təhlükəli adam olaraq xarakterizə edilən Cümşüdovun Tərtər çayının suyundan da pul çıxardığını bilməyən yoxdur.

İdarə rəisi elə bir sistem qurub ki, heç fələk də ondan baş aça bilmir. Bu idarədə «ölü canlı»lardan tutmuş, kartı müdirin cibində olan işçilərə qədər hər şey baş verir.

İdarənin su mənbəyi Tərtər çayıdır. Balans dəyəri 28.758.584 manat olan idarənin xidmət etdiyi rayonlar isə Tərtər, Bərdə, Yevlax, Goranboy, Ağdam və Ağcabədidir.

Hidroqovşağa həcmi 600 milyon keb metr olan Sərsəng Su Anbarı, 6 milyon kub metr həcmi olan Madagiz Su Anbarı, 70,2 km uzunluğu olan Sağ Sahil M.K və 22,4 km uzunluğu olan Sol Sahil M.K-dır.

Rəsmi məlumatlara görə, idarənin hidrotexniki qurğularının sayı 433 ədəddir. Postlar isə 193 ədəd təşkil edir.

Körpü sayı 43, bağlar 43, mülki və inzibati binalar 11, maşın və mexanizmlər 22 ədəddir. Kanalların uzunluğu 391 km təşkil edir. İşğal altında olan əsas vəsaitlər isə 23086 min hektara bərabərdir.

Onun fermerlərdən, kasıb kəndlilərdən suvarma üçün aldığı pullar sonradan karxana yaradılmasına sərf olunub. Hazırda onun Tərtər çay üzərində daş karxanasının olduğu bildirilir.

Bundan başqa, Böyükağa Cümşüdov özünə heyvandarlıq kompleks idə yaradıb. İdarə müdirinin obyektlərinin, villalarının, evlərinin sayını isə bilən yoxdur.

Cahan.info fim.az-a istinadlaxəbər verir ki, “Meliorasiya və Su Təsərrüfatı”ASC-nin yerlərdəki idarə və müəssisələrində qanun pozuntuları, məmur özbaşınalıqları bitmək bilmir.

Böyükkişi Cümşüdovun işdə yol verdiyi qanun pozuntuları yuxarıda adları çəkilən rayonlarda suvarma suyu ilə bağlı ciddi problemlərin əmələ gəlməsinə səbəb olub.

Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının da əkin sahələrinin suvarılması ürəkaçan səviyyədə deyil. Çünki sözügedən idarənin rəhbərliyi və işçiləri sırf öz maraqları üçün işləyirlər.

İdarənin balansındakı texnikaların əksəriyyəti fərdi təsərrüfat sahələrində işlədilir. Başqa sözlə desək, Böyükkişi müəllim həmin texnikaları iş adamlarına aylıq icarəyə verib.

Dövlət tərəfindən Tərtərdə və hidroqovşağa tabe olan rayonlarda suvarma suyu probleminin həllini tapması üçün mühüm tədbirlər həyata keçirilir. Amma idarə rəisi əkin sahələrinin sahiblərinə əlavə problemlər yaratmaqdan çəkinmir.

İnsanların içməli suya olan təlabatını ödəmək üçün artezian quyularının qazılması prosesi reallaşdırılır. Nəticədə, Tərtərdə hazırda 404 belə quyu var. Həmin quyulardan əkin sahələrinin suvarılmasında da geniş istifadə edilir.

Neçə illərdir bu idarəyə rəhbərlik edən Böyükkişi Cümşüdov maliyyə imkanlarını məhz Tərtər çayının suyundan çıxardığı pullarla yaxşılaşdırıb.
Fermerlər susuzluqdan əziyyət çəkdiyi halda, idarə rəisi biznesini genişləndirmək barədə fikirləşir.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin xəttilə hər il Tərtərçay Hidroqovşağı İstismar İdarəsinə milyonlarla vəsait ayrılır. Buna baxmayaraq, həmin vəsaitlərin hansı işlərə sərf edilməsi haqda bu günə kimi heç bir rəsmi məlumat verilməyib.

Böyükkişi müəllim yaxın qohumlarının və tanışlarının bir neçəsini idarədə işlə təmin edib. Daha doğrusu, həmin şəxslər “ölü can” sayılır. Onlar bir gün də olsa işə çıxmayıblar.

Tərtərdə cəbhə xəttində vəziyyətin gərgin olduğu bir vaxtda idarə rəhbəri mal-qara sürülərini təhlükəsiz əraziyə köçürmək haqda fikirləşir. Cahan.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz