“Lukoyl-Azərbaycan” QSC “Qara Çay” şirkətini məhkəməyə verib.
Dia.az Banker.az-a istinadən xəbər verir ki, “Lukoyl-Azərbaycan” Sumqayıt İnzibati_iqtisadi Məhkəməsinə müraciət edərək, 2 551 manata yaxın debitor borcun “Qara Çay”dan tutularaq QSC-nin xeyrinə qərar verməsini xahiş edib.
Lakin, məhkəmənin qərarına əsasən, “Lukoyl-Azərbaycan”nın bu tələbi geri qaytarılıb.
Xatırladaq ki, “Qara Çay” Holdinq inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı kimi sahələri, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir.