Ukrayna Prezidenti Vladimir Zelenskinin tərəfdarları paytaxt Kiyevin başqa əraziyə köçürülməsini təklif ediblər.
Millitv.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın "Müxalif platforma-Həyat üçün" partiyasından olan deputatı Vadim Rabinoviç bildirib.
"Ukraynanın paytaxtı Kiyevi başqa əraziyə köçürmək lazımdır. Bu, Zelenski partiyasının rəsmi bəyanatıdır", - deyə Rabinoviç söyləyib.
O, paytaxtı məhz hansı əraziyə köçürmək istədiklərinə dair məlumatı olmadığını da sözlərinə əlavə edib.