Biləsuvar rayonunda quldurluq etmiş şəxs tutulub.
Millitv.az publika.az-a istinadən xəbər verir ki, Biləsuvar RPŞ-yə müraciət edən Aşağı Curəli kənd sakini M.Məmmədov oktyabrın 31-nə keçən gecə evinin həyətindəki yardımçı təsərrüfata gəlmiş 2 nəfərin onu döyüb 1750 manatını və mobil telefonunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Pərviz Babayev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Araşdırmalar davam etdirilir.