Əfqanıstanın cənubundakı Zəbol əyalətinin Səfo şəhərindəki həbsxanada saxlanılan "Taliban" silahlısı ötən gecə namaz qılan mühafizəçinin silahını ələ keçirib və polisə hücum edib.
Millitv.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində şəhər polis idarəsinin təhlükəsizlik şöbəsinin rəisi həlak olub, daha 2 polis yaralanıb.