Axtarış...

Ekspertdən xəbərdarlıq - İsti havada bu meyvələri qəbul edin



İsti havalarda tərkibində kalium olan meyvələri daha çox qəbul etmək lazımdır. Mütəxəssislər daha çox ərik, şaftalı, qara qarağat, banan və ananas qəbul etməyi məsləhət görürlər.

Bu barədə rusiyalı alimlər açıqlama yayıblar.

"İsti yay aylarında tərləmə səbəbindən kalium çatışmazlığı yarana bilər. Orqanizmdə lazımi maddələrin yerini doldurmaq üçün tərkibində kalium olan meyvə və giləmeyvə qəbul etmək məsləhət görülür", - deyə açıqlamada bildirilir.

Ekspert əlavə edib ki, kalium daha çox ərik, şaftalı, qara qarağat, banan və ananasın tərkibində olur. Bu meyvələrdən salat hazırlamaq orqanizm üçün daha faydalıdır.

olke.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz